Qazax rayonu, Yuxarı Əskipara kəndi mühasirədə olduğuna görə kəndin dinc əhalisi polisin müşayəti altında rayona gedib gəlirdi. 1990-cı il avqustun 19-da yerli milislər Şamo Çobanov və Çingiz Məmmədov muşayət etdiyi avtobus erməni yaraqlıqarı tərəfindən saxlanılıdı. Ermənilərin avtobusdan düşmək və təslim olma çağrışına cavab olaraq qəhramanlar quldurlara atəşlə cavab verdi. Yarım saatlıq döyüşdən sonra Şamo şəhid olmuş, Çingiz isə 9 güllə yarası almış avtobusda uzanmışdır.
Bir nəfər erməni əsgəri yaralıları güllələmək və qadınları əsir almaq üçün avtobusa daxil oldu.Yaralı Çingiz son 9 gülləsini onun beyninə doldurdu. Sürünüb pəncərədən baxanda çöldə daha iki erməni yaralısını görüb.


4-5 dəqiqədən sonra Ruslan Abıyev adlı rus komandirinin rəbərliyi ilə 2 ZTR maşını köməyə gəlib. Şəhid Şamo Çobanov milli qəhraman, Çingiz Məmmədov isə göstərdiyi şəxsi igidliyə görə ordenlə təltif olunmuşdur, II qrup əlildir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here