Bu gün xəbərlərdən məlum olduğu kimi, iki metro stansiyasının adların dəyişilməsi planlanır: Xalqlar dostluğu və Ulduz. Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin İdarə heyətinin üzvü, məşhur həkimlərimizdən olan Uzman Dr. Aydın Talışinskinin bu mövzuda bəzi maraqlı təkliflərinin olduğunu öyrəndik.

Aydın doktor musavat.com-a bildirdi ki,  metrostansiyalarının sayı çox məhdud olduğu üçün bunların ad seçiminə diqqət yetirmək xüsusi önəm kəsb edir və metro stansiyası adını gözəl qoymaq bir küçə adını seçməkdən daha əhəmiyyətlidir: “Yüzlərlə küçə demək olar ki, hər ölkədə, hər böyük şəhərdə yüz illərdir var, lakin metro keçən əsrin arxitektura nailiyyətidir və Bakı metrosu xüsusi yaraşıqlığıyla göz qamaştıraraq, turtistləri və yerli sakinləri cəlb edən rahat bir nəqliyyat vasitəsidir. Bu səbəbdən stansiyalara əzəmətli köklərimizi, şanlı tariximizi və gələcəyə inamımızı əks etdirən adların seçilməsi zəruridir”.

Aydın həkim qeyd etdi ki, bu silsilədə misal üçün “Türk Dünyası” adının qoyulması mənalı olardı: “Bu ad həm tariximizi tam bilməyən bəzi soydaşlarımıza, həm də əcnəbilərə bu mövzuyla maraqlanmağa, öyrənməyə təkan vərərdi. Bütün metro stansiyalarının içini və çevrəsini ona müvafiq şəkildə dizayn etmək olardı. Həmçinin “Türk Dünyası” xəritəsini, habelə Türk xalqlarının məşhur alimlərin, sərkərdələrin və abidələrin əks etdirmək, ədalətli sülh naminə Türk Coğrafiyasının bağlarını canlı tutmaqda öz tövhəsini verərdi. Yeri gəldikdə yazıları da, əlavə olaraq Türk Dünyasının qədim runik əlifbasıyla da yazmaq yaxşı olardı. Yeri gəlmişkən, məhz bizim icad etdiyimiz Türk runları daha sonra Avropa xalqları arasında yayılmış və modifikasiya edilib. Ən optimal olan Xalqlar Dostluğunun adın “Türk Dünyası” adıyla deyişməsi baş tutmasa, ən azından eyni məntiqlə “Orhon Abidələri” adı verilə  bilər, və ya Ulduz stansiyasina “Türk Ulduzu” adı qoyula bilər”.

Həkim daha sonra xatirlatdı ki, “Xalqlar Dostluğu” SSRi tərkibində olan 15 respublikanın rəmzi idi: “Biz şanlı tariximizin heç bir səhifəsinə, həmcinin düşüncələrimizi azad ifadə edə bilmədiyimiz bu keçmişə xətt çəkməməliyik lakin müstəqilliyimizə və əsl tarixmizə uyqun korreksiya apararaq, gərçək Türk sütunlarımızı üzə çıxardan, Türk Ailəsinin bölünməz və təməl parçalarından olduğumuzun altın cızaraq, “Türk Dünyası” şəklində barışcıl və bütünləşdirici ad verilməsi xoş olardı.

İkinci metro stansiyasına isə əzəli torpağımız olan “Zəngəzur”, “Göyçə gölü” və ya ilk növbədə Rəvanqulu xanımızın adına qoyulmuş “İrəvan xanlığı” adının verilməsi yerinə düşər. İrəvan xanlığı metro stansiyasının içində və ətrafında İrəvan qalasını və onun şimal-şərqində yerləşmiş Sərdar Sarayını, qədim İrəvan məscidlərimizi və digər abidələrimizi həmçinin tarixi sənədlərin nüsxələrin əks etdirmək hər mənada fayda verərdi. Xarici qonaqlarımız, hazırkı Ermənistan respublikasının 1918-ci ildə ərazisiz və paytaxtsız olduğundan, bizlər zamanında Osmanlı İmperiyası etdiyinə bənzər şəkildə, Türk müsafirpərvərliyimizi göstərərək əzəli torpaqlarımızdan onlara keçici pay verdiyimizi, onlar isə həm Osmanlıya, həm bizlərə qarşı əbədi minnətdarlıq yerinə digər bölgələrimizə də ac gözlərini tikdiklərini, soyqırımlar törətdiklərini, bilməlidirlər. Nəticə olaraq hər bir halda metro stansiyası adları və ornamentiylə çox gozəl mesajlar vermək, doğru vurquları qoymaq lazımdır”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here