Son zamanlar ictimaiyyətdə və başqa başqa sosial şəbəkələrdə Gürcüstan vətəndaşları olan azərbaycanlılara qarşı xoşagəlməz və aqressiv bəyanatları eşitməkdəyik. Buna misal olaraq dünən milli əlyazmalar mərkəzinin direktoru Zaza Abaşidzenin Kvemo Kartlidə yaşanan vətəndaşları təhqir etdiyini göstərmək olar.
Təəssüflər olsun ki, bu cür hərəkətlər hökumət tərəfindən təşviq olunur.Bir tərəfdən bu hadisələrə lazımi reaksiya verilmir , digər tərəfdən bu cür insanlar yüksəldilir və vacib vəzifələrə təyin olunurlar
Gürcü arzusunun etnik azlıqlara qarşı aqressiv kampaniyasından korrupsiyanı, öz səriştəsizliyini, hərəkətsizliyini və ağır iqtisadi problemlərini ört-basdır etmək üçün istifadə etdiyi açıq-aşkar ortadadır.
Demək istərdim ki, biz Gürcüstanın tam hüquqlu vətəndaşlarıyıq və vətənimiz Gürcüstanın vətənpərvərləriyik. Pandemiya ilə mübarizə qaydalarına riayət etməyin, həkimlərin və mütəxəssislərin yanında olmağın və kömək göstərməyin vacib olduğunu bilirik. Gürcüstan üçün bu və digər çətin dövrlərdə biz hər zaman dövlətimizin maraqlarına uyğun olaraq davranırıq və dövlətimizin yanında olmuşuq.
Zaza Abashidzenin bu ifadəsi, sözün həqiqi mənasında, düşmənin, işğalçı ölkənin dəyirmanına su tökən, etnik qarşıdurmanı qızışdırmaq cəhdidir. Əminəm ki, Gürcüstan vətəndaşları Zaza Abashidzenin davranışını adekvat qiymətləndirəcək və O dövlət əleyhinə davranışa görə məsuliyyət daşıyacaq.
Gürcüstan Parlamentinin deputatı
AZƏR Süleymanov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here