Gələn il fevralın 15-də “AZE Naxçıvan-Köln” futbol klubunun təqdimat mərasimi keçiriləcək.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, mərasim “AZE Naxçıvan-Köln”ün Almaniyadakı bazasında baş tutacaq.

Tədbirə Almaniyadan, Türkiyədən və müxtəlif ölkələrdən idman ictimaiyyətinin nümayəndələri, eyni zamanda, alman mediası dəvət olunacaq.

Bundan başqa, Azərbaycandan da idman ictimaiyyətinin tanınmış simaları, eyni zamanda, futbola maraq göstərən müxtəlif ictimai-siyasi xadimlər, incəsənət adamları və media nümayəndələri dəvətlilər sırasında olacaq.

Tədbirdə, eyni zamanda, klubun planları haqqında məlumat veriləcək. Həmçinin klubun forması və saytı təqdim olunacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here