Sosial şəbəkələrdə yüksək sürətlə at çapma bacarığı ilə məşhurlaşan Gülay Fərzəliyevaya Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun rəhbəri, Rusiya Azərbaycanlıları Ittifaqının – prezidenti, iş adamı Füzuli Məmmədov Qarabağ cinsindən olan at hədiyyə edib.
Gülayın atası Vüsal Fərzəliyev bildirib ki, bir müddət öncə qızım tərəfindən Füzuli Məmmədova məktubla müraciət edilib: “Füzuli Məmmədov bizim bu istəyimizə müsbət cavab verdi. Və qızıma Qarabağ cinsindən olan at hədiyyə etdi. Hədiyyəyə görə, həmyerlimizə öz minnətdarlığımızı bildirik”.