Azərbaycan Respublikasının Prezidenti

İlham Heydər oğlu Əliyevə Cənablarına

Surəti: Azərbaycan Respublikasının

Baş Prokuroru cənab Zakir Qaralova,

Azərbaycan Respublikası Dövlət Gömrük

Komitəsinin sədri cənab Səfər Mehdiyevə

Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri

Cənab Fuad Muradova

 

MÜRACİƏT:

 

Hörmətli cənab Prezident!

Rusiya Federasiyası Dağıstan Respublikasındakı Azərbaycan Diasporunun rəhbəri Rakif Əzizovun oğlu Rauf Əzizov Azərbaycan Respublikası Gömrük Komitəsi İstintaq İdarəsi tərəfindən saxlanıb və haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 228.1 maddələri ilə cinayət işi qaldırılıb. Cinayət işinə Qusar Rayon Məhkəməsində baxılır.

Əldə etdiyimiz informasiyaya görə, 2019-cu il fevralın 18-də Rusiya Federasiyası məsələ ilə bağlı Azərbaycan Respublikasına nota verərək Rusiya vətəndaşı Rauf Əzizovun hüquqlarının pozulmasına etirazını bildirib. Azərbaycan Gömrük Komitəsinin fəaliyyətinin iki ölkə arasında belə bir problem yaratdığından təəssüfümüzü ifadə edərək bildirmək istəyirik ki, baş verən olay Rusiyadakı Azərbaycan diasporu arasında böyük rezonans doğurub.

Yaranan durumu nəzərə alaraq sizdən xahiş edirik ki, işin obyektiv araşdırması üçün istintaq nəzarətinizə götürəsiniz.

Rauf Əzizov 10.12.2019-ci ildə həbs edilib, 31.07.2019-cu ildə aclıq aksiyasına başlayıb. Müdafiə tərəf iddia edir ki, Rauf Əzizova qarşı irəli sürülən ittihamın heç bir əsası yoxdur, bu səbəbdən Əzizov özünü sözügedən cinayətdə suçlu bilmir.

Sizə müraciət etməyimiz heç bir halda vətənimiz Azərbaycan Respublikasının məhkəmə sisteminin ədalətli olmasını şübhə altına almaq kimi qəbul edilməməlidir. Ümid edirik ki, məhkəmə işə obyektiv baxacaq və həqiqət qısa zamanda həqiqət üzə çıxacaq.

Dünya Azərbaycanlıları İttifaqının Koordinasiya Şurası

Dünya Azərbaycanlıları Mədəniyyət Fondu

Rusiya Azərbaycanlıları İttifaqı

Rusiyadakı Azərbaycan diaspor təşkilatları

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here