Moskvada yanan təyyarə barədə hamımız məlumatlıyıq. Ön sırada olan sərnişinlər canlarını xilas etmək əvəzinə, arxa sıralarda olan insanların həyatını heçə sayaraq əl yüklərini də təyyarədən çıxarmağa çalışıb. Quyruq tərəfdəki sərnişinlərdən 41-i qarşılarında, başları çamadanlarına qarışanlar ucbatından diri-diri yanıb. Səhnəni göz önünə gətirsək, təyyarənin bir tərəfindən o tərəfi rahat görünür, çamadan götürənlər arxada yanıb qışqıranları çox rahatlıqla eşidib və hətda görüblər. Şəkillərdən görünür, diri qalanlar rahatlıqla əllərində qurtardıqları çantalarla yürüyürlər.

Gözümüm qabağına Mingəçevir qəzasında, metro tunelində qalmış insanların çəkdiyi video və şəkillər gəldi. Birinci qadınlar, qocalar düşürüldü, gənclər qabaxda mobil işığında, hamı əl-ələ tutuşub bir neçə km getməklə çıxdılar. Çıxışda onları, əllində öz pullarına sular almış həmvətənləri, polisləri gözləyirdi. Həmən günü çox adamı taksi sürücüləri pulsuz aparıb.

2015-ci ildə Binəqədidə yanğınında da, yanğınsöndürənləri gözləməyib binaya girən polislər, yan binalardan qonşular. Xəsarət alanları daşımaq üçün gözləyən taksi sürücüləri və s.

Mən ilk dəfə Rusiyaya gedəndə şəhərə çıxdım. Bazarın ağzında bir kişi uzanmışdı (bəlkə də ölmüşdü). İnsanlar üstündən atlayıb yoluna davam edirdilər. İnsani hiss demək olar ölüb onlarda. Yeyim, içim, çoxalım prinsipi ilə heyvanlaşma gedir. Rusiyada yaşayan varsa yazsın, yalan deyirsən.

Başqa dövlətlərdə də olmuşam, müqayisə edərəm, uzun yazı olar. Dediyim odur, gül kimi xalqıq, bir dənə bu Sovetdən qalan vəzifəlilər vəzifədən qovulub, çağdaş gənclərlə əvəz olunsa idi, güzəranımız, təhsilimiz, mediamız düzəlməklə dünyaya örnək bir xalq olardıq. Ailə, valideyn, dost, qohum dəyərini qoruyub saxlayan az saylı xalqlardan biriyik.

Yazdı: Orxan Vəliyev

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here