İkinci Dünya müharibəsi ərəfəsində dünya ölkələri irqçi, milliyyətçi ideologiyaların təsirində çalxalanarkən, sahib olduğu coğrafi mövqeyi ilə dünyanın diqqətində olan Türkiyə də, bu hadisələrdən kənarda qalmır, Türkçü-Turançı ideya ölkə gəncləri arasında sürətlə yayılırdı. Türkiyədə Türkçü- Turançı ideilogiyanın partlayışı olan 3 may hadisələri ideologiya öndərlərindən olan Hüseyin Nihal Atsızın o zamanki Türkiyə baş naziri olan Şükrü Saraçoğluna yazdığı iki məktubla başladı. Yazılan ikinci məktubda adı çəkilən Sebahattin Ali şəxsiyyətinə təhqir edildiyi iddiası ilə Nihal Atsızı məhkəməyə verir. 26 aprel 1944 cü ildə türkçü Ninah Atsız ilə onu məhkəməyə verən komunist Sebahattin Ali arasında ilk məhkəmə baş tutur.

Məhkəməyə Nihal Atsızın arxasınca gələn yüzlərlə gəncdən qorxan Sebahattin Ali məhkəmə salonun pəncərəsindən qaçaraq, məhkəməni tərk edir və məhkəmə 3 may tarixinə ertələnir. Türkçü gənclərin böyük yürüşü ilə başlayan 3 may günündə məhkəmə sonradan Nihal Atsız ilə birlikdə 10 nəfərə qanunsuz təşkilat qurmaq, dövlət çevrilişinə cəhd etmək maddəsi ilə 10 ilə yaxın həps verir. İlk Türkçülük günü də, “Tophane Askeri Hapishane” sində yatan bu 10 nəfər arasında 3 may 1945 ci ildə qeyd edilir.

Nuru Paşa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here