İran adı gələndə, öyrədilmiş tərəfdarları adətən, “illərdir İran dünya tərəfindən mühasirədə olmağına, bu qədər sanksiyalara baxmayaraq xalqını dolandırır” cümləsini işlədirlər.
 
Gəlin İrana tətbiq olunan embarqonun tarixçəsi və gücünə baxaq. Səudiyyə və Venesuaelladan sonra neft ehtiyyatına görə İran 3-cü yerdədir. Dünyanın neft ehtiyyatlarının 10% İranın payına düşür. İran çıxardığı neftin 35,5%-ni Avropaya, 64,5%-ni Asiya ölkələrinə satır. Alıcılar arasında Çin, Hindistan, Koreya, Türkiyə, İtaliya, Yaponiya, Fransa ilə birgə bir sıra başqa ölkələri görmək olar.

Neftdən əlavə, İran dünyanın 16% qaz ehtiyyatına malikdir. Ən böyük alıcısı Türkiyə və Ermənistan, danışıqlar baş tutsa 2020-ci ildə Yunanıstana satmağa başlayacaq. İran neft və qazını dünya qiymətlərinə uyğun evro, dollar, rial qarşılığında satır.
Bundan başqa İran metal, paltar, kimyəvi maddələr, kənd təsərrüfatı və okean məhsullarını Hollandiya, İtaliya, Fransa, Koreya kimi ölkələrə çox rahat çəkildə satır. İranın dünyaya satışı yəni ixracatı 63,18 milyard dollardısa, idxalı 45,58 milyard dollar təşkil edir (2017-ci il).
Dövlət olaraq satışdan əldə etdiklərinə gələndə isə, rəqəmlərə baxsaq görərik ki, təbiətin İrana bəxş elədiyi sərvətlərin satışı ilə İran dünyanın ən inkişaf etmiş ölkəsi ola bilərdi. Gəlirlər ölkə iqtisadiyyatının qaldırılması əvəzinə isə dini liderlərin və hərbi generalların hesablarında dondurulub yatmaqdadır. İran 6 il ərzində Əsəd rejimini dəstəkləmək üçün 100 milyard dollarından keçməklə birgə, 20 min vətəndaşını həlak edib. Bundan başqa ölkə gəlirləri Yəmən, Əfqanıstan, İraq, Azərbaycan, Türkiyə, Livan, Fələstin, Pakistan və Afrika ölkələrində öz maraqlarına qulluq edən qrupların dəstəklənməsi üçün xərclənir. İran ölkəsinin siyasi, dini propaqandasını xaricdə aparan qruplara əsirgəmədən, fantastik pullar xərcləyir.

Ölkəyə tətbiq edilən sanksiyalar əsasən ABŞ tərəfindəndir. İki ölkə arasında demək olar heç bir ticari əlaqə yoxdur. ABŞ tələbi ilə dünyanın İrana qoyduğu sanksiyalar isə 1980-ci illərdən başlayır. Bu günə qədər İrana qarşı tətbiq edilən sanksiyalar özünü doğrultmayıb, çünki qadağalar İranın dünya bazarına neft satışının qarşısını almır sadəcə silahlanmanın qarşısını alır.

Embarqoların tarixi belədir: 1980-ci ildə İran-İraq müharibəsində ABŞ 20 ölkə ilə birgə İrana silah satışını dayandırmaq üçün danışıqlar aparır.
1984-ci ildə ABŞ-dan İrana bəzi kimya məhsullarının da ixracı qadağan edildi.
1987-ci ildə ABŞ Senatında “terrorizmlə mübarizə” çərçivəsində İrandan neft alışı qadağan edildi.

ABŞ 1992-ci ildə İranın ballistik raket, atom bombası, kimyəvi və bioloji silahlar istehsal etməməsi üçün bəzi siyasi cəhdlər edir.
1995-ci ildə ABŞ-da, digər ölkələrin İrana kimyəvi və ya xüsusi texnoloji silah ixracına mane olmaq məqsədilə hazırlanan layihə, Senat tərəfindən təsdiqlənərək qanuniləşdirilir.
Britaniya, ABŞ və İsraildə iranlı biznesmenlərin fəaliyyətinin qaşısını almaq və silahlanması, nüvə silahına malik olmaması üçün bu kimi sanksiyalr 2013-cü ilə qədər davam edir. Buna baxmayaraq İran o ilə qədər istər Avropa istər Asiya ölkələri ilə ticari alış-satışlarını davam edir.
2013-cü ildə nüvə proqramından imtina sözü verib Cenevrə sazişinə başlayır. Əlində olan uran ehtiyatlarını məhv edib, nüvə proqramından imtina edib, terror qruplaşmalarını dəstəkləməyəcəyi təqdirdə ABŞ İrana 100 milyard dondurulmuş dollarını söz verir.
 

2017-ci ildə söz verilən pulların bir qismi İran bankına köçürülür. İran bu pulları ölkə iqtisadiyyatına yatırmaq əvəzinə Yəmən və Suriyada yeni silah zavodları tikməyə başlayır. Sözünün üstündə durmadığını görən Tramp hakimiyyəti 2018-ci ildən daha sərt sanksiyalarla İranı çökdürməyə çalışır.

 

Yazdı: Orxan Vəliyev

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here