Azərbaycan Respublikası Təhsil Nazirliyinə tabe “Zəngi” liseyində təhsil mühitinin dağılmağı ilə bağlı Etibar Əliyev öz “Facebook” profilində yazmışdır.
 
“Ölkədə məktəb qurucusu, təmənnasız insan, gözəl alim Bayram Heydərovu bəlkə də tanımayan yoxdur. O, 1992-ci ildə Azərbaycanda bir ilkə imza ataraq 4 təmayül üzrə təhsil verən ilk lisey olan “Zəngi”ni yaratmışdır. 1992-ci ildən vəfatına qədər həmin liseyin direktoru olmuşdur. Təhsil nazirliyi onun ruhuna “hörmət əlaməti olaraq” heç vəfatından 40 gün keçməmiş tələm-tələsik, kollektivə tam yad olan təqaüdçü, 67 yaşlı Almaz Əsgərovanı həmin liseyə direktor təyin etmişdir. Məktəbdən verilən məlumata görə o, Bayram müəllimin qoyub getdiyi təhsil mühitini dağıtmaqla məşğuldur. Bundan əvvəl işlədiyi məktəbdə yol verdiyi qüsurlara görə Təhsil nazirliyinə şöbə müdiri vəzifəsinə dəvət olunmuş xanım Əsgərovanın “Zəngi” liseyinə göndərilməsini ağılla izah etmək mümkün deyil. Bu xanım fəxrlə nazirliyin şöbə müdiri Emin Əmrullayevin adamı olması haqqında danışır. İndi təsəvvür edin, təhsilin bütün sahələrindən savadı qıcqıran Əmrullayev yoldaş təqaüdçüyə himayədarlıq edir. Düşünürəm ki, Təhsil naziri Ceyhun Bayramov bu məsələ barədə düşünməlidir. Mənim cənab nazirin səhv informasiya əsasında bu təyinatı etməsinə şübhəm yoxdur. Ən azında Bayram Heydərovun haqq dünyasında ruhuna toxunmaq lazım deyildi. Ölkədə bu qədər məktəb ola-ola reputasiyası ləkəli olan bir təqaüdçü xanımı Bayram Heydərovun zəhməti və fədakarlığı ilə yaradılmış “Zəngi” liseyinə təyin etməyə lüzüm var idimi? Düşünürəm ki, Təhsil naziri yaxın vaxtlarda buraxılmış səhvin fəsadları barədə düşünməlidir”
 
Qeyd: “Zəngi” liseyinin yaradıcısı və uzun müddət direktoru olan Azərbaycanın əməkdar təhsil işçisi Bayram Heydərov vəfat etdikdən sonra 220 saylı məktəbin keçmiş direktoru 66 yaşlı Almaz Əsgərova təyin olunub. Almaz Əsgərovanın rəhbərlik etdiyi dövrdə 220 saylı məktəblə bağlı axtarışa başlayanda qarşımıza saytlarda yazılan rüşvət qalmaqallarının tez-tez çıxdığını görərik.
Bu həmən 220 saylı məktəbdir ki, Almaz xanım çıxdıqdan sonra direktor əvəzi Tural Mirzəliyev və aktyor Rza Rzayevin arasında qalma-qal başlanmışdır. Tural Mirzəyev məktəbdə ondan əvvəl müəllimlərin şagirdlərdən yığdığı pulların kimə çatması ilə əlaqədar sualların keçmiş direktor Almaz Əsgərovaya ünvanlanmasının daha doğru olacağını demişdir..

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here