Layihənin ilk təqdimatı Xəzər Universiteti Dünya Məktəbində keçirildi. Qeyd edək ki, layihənin məqsədi Azərbaycan gənclərini ölkəmiz üçün zəruri, lakin gənclər arasında populyar olmayan, peşələrə maraq göstərməyə təşviq etməkdir. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycanda gənclər təhsilini əsas olaraq maliyyə və hüquq sahəsində aparmağa üstünlük verir. Nəticədə, təhsillərini başa vurduqdan sonra onların əksəriyyəti işsiz qalır və ya başqa, xüsusən də xidmət sektorunda, iş axtarmağa məcbur olurlar. “Mübariz Gənclər” İctimai Birliyi kənd təsərrüfatı, baytarlıq, proqramlaşdırma, robotlaşdırma, biotexnologiyalar kimi sahələri təşviq etməklə gənclərin peşə seçimi istiqamətində imkanlarını artırmaq məqsədi güdür.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here