“Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2014-cü il tarixli, 892 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılmış vəsait hesabına Tərxan Paşazadənin müəllifi olduğu “Azərbaycanda dini turizm” adlı kitab nəşr edilib.

Kult.az xəbər verir ki, bir neçə mövzudan ibarət olan kitab fəal istirahətin geniş yayılmış və ən kütləvi növü olan turizm haqqında ümumi məlumatla başlayır. Bütün dünyada olduğu kimi Azərbaycanda da son dövrlərdə turizmin müxtəlif növlərinin inkişafına xüsusi önəm verilməsi də kitabda qeyd olunub.

Hazırda turizmin ölkəmizə xas ola biləcək əsas növləri mədəni, biznes, sağlamlıq, ekoloji, istirahət, əyləncə, dağ, qış, xizək, çimərlik, idman, kənd, yaşıl, ov, tarix, dini turizmdir ki, bu kitabda oxucular sonuncu növ – dini turizmlə bağlı məlumatlar əldə edə bilərlər.

Qeyd edək ki, kitabın müəllifi Tərxan Paşazadə 1982-ci ildə Sumqayıt şəhərində anadan olub. O, Bakı Slavyan Universitetini regionşünaslıq (bakalavr) və Sumqayıt Dövlət Universitetini (magistr) bitirib. 2007-ci ildən AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun dissertantı olub.

2009-cu ildən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində işləyir; dövlət qulluğunun kiçik müşaviridir.

“Azərbaycanda dini turizm” kitabı sayca müəllifin dördüncü kitabıdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here