Bildiyiniz kimi 7 dekabr 1988-ci ildə Ermənistan tarixinin ən böyük fəlakətini yaşayıb. Spitak zəlzələsi nəticəsində 25 min erməni həyatını itirir. 

Bu sözləri Karabakhmedia.az-a “Mübariz Gənclər” İctimai Birliyini təsisçisi, araşdırmaçı Orxan Vəliyev bildirib.

Erməni tеrrоrçulаrı Yuqоslаviyаnın АN-12 təyyаrəsini niyə vurmuşdular?“Erməni-Azərbaycanlılar arasında münaqşisənin başlanmasına baxmayaraq, Ermənistana ilk yardım əlini uzadan Azərbaycan oldu. Rəsmi mənbələrə görə, elə həmin gün Azərbaycandan Ermənistana 25 vaqon tədarük göndərildi. Daha sonra 25 min ton benzin, 330 min ton avtomobil yağı, 880 ton Bitum, 40 min ton mazut, 120 avtomobil, 46 avtokran, 22 Ekskavator, dava-dərman göndərildi. Təbii fəlakətdən zərər çəkənlərə yardım göstərmək üçün Bakıdan fəlakət zonasına təcili 78 azərbaycanlı könüllü humanist yola düşür.

12 dеkаbr 1988-ci ildə еrmənilərə yаrdım göstərmək məqsədilə Аzərbаycаndаn göndərilmiş il-76 təyyаrəsi Quqark şəhərinin yаxınlığındа vurulur. Nəticədə təyyаrədə оlаn 77 аzərbаycаnlıdаn cəmi 1 nəfər – Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalır. Fəxrəddin İrəvan xəstəxanasına aparılsa da, «ermənilər arasında yaralı türkə yer yoxdu», – deyən daşnak xislətli erməni həkimləri onu müalicə etməkdən boyun qaçırırlar.
Həmin gün еrməni tеrrоrçulаrı Türkiyəyə məxsus оlduğunu gümаn еdərək Yuqоslаviyаnın АN-12 təyyаrəsini də vurmuşdulаr. Çünki Yuqоslаv təyyаrəsi Ankaraya eniş edib ordan yollanmışdı Ermənistana. 7 nəfər də o Yuqoslav təyyarəsində həyatını itirmişdi. Bir gündə vurulan hər iki təyyarənin qara qutuları ölkələrin tələblərinə baxmayaraq verilməyərək məhv edilmiş, qəza hadisəsi kimi cəmiyyətə sırınmışdır”.

Karabakhmedia.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here