Bu gördüyünüz məscid 15 il öncə Əfqanıstanın paytaxtı Kabil şəhərinin Afşar-i Silo bölgəsində türklər tərəfindən tikilib. Məsciddə əzadarlıq vaxtı Azərbaycan Türkcəsində nohə oxunur. Bu məntəqə qızılbaşların Əfqanıstanda yaşadıqları üç əsas məntəqədən biridir. Digər iki məntəqə isə Heratda yerləşir. Bu bölgədə yaşayan 50-60 ailə hələ də öz dilini qoruyub saxlaya bilib. Məhz bunun nəticəsidir ki məscidin içində kitabxana təşkil ediblər. Lakin onlara dil kursu açmaq üçün müəllim və mütaliə etmək üçün çoxlu kitablar lazımdır.
 
Əfqanıstana qızılbaşlar Nadir şahın dövründə Hindistana yürüş məqsədilə köçürülüblər. Daha sonar isə orada qalıb yaşayıblar. Hazırda Əfqanıstanda 25% əhali türkdür. Sayına görə qızılbaşlar özbəklər və həzaralardan sonra üçüncü yerdədilər. Lakin mütləq əksəriyyəti öz dillərini unudublar. Əsasən Kabil, Herat, Lögər və Qəndahar bölgələrində yaşayırlar. Bu köçürülən qızılbaşlar əfşar, bayat, şahsevən, ənsarlı, şamlı və cavanşir tayfalarından idilər. Yəni ki kökümüz birdir. Tezliklə bu bölgədən video müsahibə də paylaşacağıq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here