Bu yaxınlarda qızını erməniyə ərə verən, Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov, təşkilatın toplantısını keçirərək bu qohumluqdan “qürur duyduğunu” bəyan edib.

TuranTV-nin Minval.az-a istinadən verdiyi məlumatına əsasən, A.Kərimov, Azərbaycanın işğal olunmuş torpaqlarının ona heç bir aidiyyatı olmadığını bildirib. Həmçinin o, qızının toyunda iştirak edə bilmədiyindən təəsüflənib.

“Təəsüf edirəm ki, toyda iştirak edə bilmədim. Heç vaxt ailəmi tərk etməyəcəm. Azərbaycanın şəhidləri canlarını mənə görə qurban verməyiblər, heç o torpaqlar mənim deyil. Qarabağdan deyiləm ki, oranı qoruyam, qoy özləri oranı qorusun. Mən Rusiya vətəndaşıyam, Qarabağı isə qarabağlılar qorusun”, – deyə o qeyd edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here