ABŞ Hərbi Dəniz Donanmasında “John” ləqəbli komandir, həmyerlimiz Nəimi Əmirəl ABŞ Müdafiə Nazirliyində F-35 tipli sonuncu nəsil döyüş təyyarələrinin beynəlxalq satişlar departamentində Baş İnteqrator və heyət başçısı təyin edilib.

Bu barədə məlumatı musavat.com -a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

“Artıq bir aydır ki, yeni təyinatını icra etməyə başlamış həmyerlimiz ilk xarici səfərini də elə keçən həftə qardaş Türkiyəyə edib. Xatırladaq ki həmyerlimiz artıq 16 ildir ki ABŞ Hərbi Dəniz Donanmasının Zabitidir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here