Bayramlar, mərasimlər bir kütlənin toplumlaşması, xalq olması üçün çox vacibdir. Bütün milli dövlətlərdə milli-vətənpərvər bayramlar mövcuddur. Bu bayramlar həm də dövlətin və millətin həyatında önəmli rol oynamış hadisələri günləri simvolikləşdirərək, rituallaşdıraraq canlı tutmağa yardım edir. Məsələn, ABŞ-ın İstiqlaliyyət günü də bu qəbildəndir. Bu gün ABŞ-ı ABŞ edən spesifikləşdirən mahiyyətin ritualizasiyasıdır. Vətəndaşlar “bu gün” vasitəsi ilə vətəndaş kimliklərini ideoloji kimliklə identikləşdirirlər.

Bu səbəbdəndir ki, milli-dövlətllərin ideoloji təşkilatların ən çox istifadə etdiyi manipulyasiya aləti də bu tipli bayramlardır. Bu kütlə manipulyasiyası mən deyərdim dinlərdən bizə miras qalmışdır. Dini kütlələri də birlik etməıyin, ekstaz vəziyyətinə gətirməyin ən optimal yolu bayramlar, mərasimlərdir. Dövlətlər də insanları bu tip bayamlarla manipulyasiya edirlər Məsələn aprel hadisələrini də simvolikləşdirmək üçün müəyyən addımların atılması da bu qəbildəndir, təbii burada manipulyasiya dediyimiz zaman bunun tamamən mənfi anlamda anlaşılmaması gərək, çünki dövlət və vətəndaş arasındakı qarşılqlı münasibətləri dərininə incələyəndə bu halların sadəcə zərurət olduğunu görmək olur.

Ancaq bu bayramların görüntü olaraq deyil, həqiqətən, bir mexanizmə kimi çalışmasına nəzarət etmək lazımdır. Məsələn, bizim Milli birlik günümüz olan Həmrəylik bayramımız nə dərəcədə bizi birliketmə iqtidarındadır ? Yaxud, 28 may ? Bəlkə 9 noyabr ? Ümumən, bayramlar həddindən artıq çox oldub və daxili plazma boş olduqda effektsiz olur. Bayram mərasizmləri əsasən zəngin aktiv hərəkətlərlə(rəqslər oyunlar və s) musiqi ilə insnaları əlaqə yaratmağa vadar edəcək quruluş ilə formalaşdırılmalıdır. Passiv bayram mərasimləri insanları toplumllaşdırmağa sövq edə bilməz. Bundan əlavə bayram mərasimlərindəki proseslərin mahiyyəti dərk edilməlidir, kor koranə qəlib kimi həyata keçirilməməlidir bu da effektsizlik yaradır. Bəli bayram mərasimləri irasional tərəfimizə nüfuz etmək üçündür, amma bu nüfuz yalnız rasional tərəfin aktiv olması ilə mümkündür.

Məsələn, yoxsulluq və hər cür ədalətsizlik altında yaşayaraq dövlətə nifrət edən vətəndaşın gözünə yuxarıda sadalanan bayramlarmı görünər ? Buna görə də bayramlar maksimum azaldılmalıdır, yalnız önəmlilər saxlanılmalıdır və bayramların daxili mahiyyətinə uyğun vətəndaşlara yönəlik sosial siyasət aparılmalıdır. Yoxsulluq ucbatından bir-birini yeməyə hazır olan vətəndaşlardan milli birlik- həmrəylik bayramı “düzəldəmməzsən”.

Mete Türksoy

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here