Argentina dövləti  Avropa və Rusiyanın diplomatik missiyasının rolunun olduğu qaçaqmalçılıq sxemini aşkarlayıb. . Bu barədə Argentinanın Todo Naticias qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, qaçaqmalçılıq üzvləri 5 nəfərdən ibarət olub.  Həmin narkotik malların qiyməti 50 milyon dollar dəyərindədir. Həbs olunanlar Argentinada öz diplomatik missiyalarını yerinə yetirən şəxslər olublar.  Argentinanın təhlükəsizlik orqanları ərazidə 12 çanta aşkarlayıblar.

Təhlükəsizlik orqanlarının məlumatına görə çantalarda 389 kloqram narkotik olub. Bu hadisədən sonra tapılan narkotiklərə nəzarəti Argentina dövlətinin təhlükəsizlik naziri Patrisiyu Belluriç öz öhdəsinə götürüb. Onlar həmin narkotiklərin şəkillərini öz Tvitter səhifələrində paylaşıblar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here