Dialoq internet televiziyasının qonaqları 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda ermənilər tərəfindən törədilmiş soyqırımın şahidləridir. Dialoq TV-yə verdiyi müsahibədə “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, Qarabağ qazisi, jurnalist, “Tərəqqi” medalı mükafatçısı Şamil Sabiroğlu baş vermiş vaciə haqqında ilk məlumatı mediada işıqlandırmasından, soyqırımın tanıtdırılması istiqamətində gördüyü işlərdən söz açıb. Xocalı sakini, hadisənin şahidi, şəhid qardaşı Avtandil Əliyev özünümüdafiə dəstələrinin qəhrəmanlığından, qardaşının şəhid olmasından, erməni terrorçuları tərəfindən insanların başına gətirilən faciələrdən bəhs edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here