“Airbus” şirkəti “Vahana” layihəsi çərçivəsində hazırlanmış ilk uçan taksi – “Alpha One”ı təqdim edib. İlk sınaq uçuşu yanvar ayının sonunda ABŞ-ın Pendlton (Oreqon ştatı) şəhərində həyata keçirilib. İlk tam sınaq uçuşunda pilotsuz uçan aparat beş metr hündürlüyə qədər qalxıb və havada 53 saniyə keçirib.

Növbəti sınaqlarda tərtibatçılar dronun təyin olunmuş nöqtəyə uça bilməsini yoxlayacaq. “Alpha One”ın qabaritləri: eni 6,2 metr, uzunluğu 5,7 metr, hündürlüyü isə 2,8 metr. 745 kiloqrama yaxın yükqaldırma qabiliyyəti olsa da, ilk dönəmlərdə uçan taksi yalnız bir sərnişini havaya qaldıra biləcək.

Dron tam olaraq elektrik enerjisi ilə işləyir. Səkkiz probeller və altı rotordan ibarətdir. Şaquli şəkildə havaya qalxa bilir və qanadlarının mövqeyini müstəqil şəkildə nizamlayır. Uçan taksinin 2020-ci ildə kommersiya məqsədilə bazara çıxarılması planlaşdırılır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here