Rusiyada türkləri aşağlayan “Kolovrat haqqında əfsanə” adında çox aşağı səviyyəli film çəkilib.
 
Filmin hadisələri Qızıl Orda dövlətinin təziqi altında Rusiyanın işğal olunduğu XIII əsrdə baş verir. Ryazan şəhərindən olan Evpatiy Kolovrat adlı döyüşcü ətrafına qoşun yığaraq vətən uğrunda mübarizəyə başlayır və s.
 Gəlin ilk öncə filmin çəkilişi haqqda danışaq.
 
Film 360 000 000 rubla başa gəlib (6 200 000$). Maliyə Rusiya Film Fondu tərəfindən yığılıb və maliyələşib. Filmə təqdimatında Rusiya Prezidenti Vladimir Putin və onlarla deputat iştrak edib, hamısının çox xoşuna gəlib. Putin filmdən çox təsirləndiyini dilə gətirib. Bir neçə yerdə filmi şərh edib. Prezidentin bu qədər filmə həssas yanaşmasından görünür ki film sifarişlə çəkilib. Məqsəd yəqin ki, son zamanlar Rusiyada özünə dönmək istəyən türksoylu millətləri tarixindən utandırmaqdır.

 Daha sonra Rusiya mətbuatında məktəblilərin məcburi olaraq ” Kolovrat haqqında əfsanə” filiminə baxmaq üçün, -20 dərəcə soyuqda kinoteatrlara aparılmaları haqqında xəbərlər işıqlanmağa başlandı. Məktəbliləri zornan bilet aldırtırıb filmə sonacan baxmağa məcbur ediblər.
 
Gəlin bu səs küylü filmin özünü araşdıraq. Film janrı Tarixi və Fantezi (Nağıl) yazılıb. Yəni nə tarix kimi tarixdir nə nağıl kimi nağıl. Çünki Qızıl Orda və başında duran Batı xan tarixdir amma Kolovrat isə nağıldır. Kolovrat adında ümumən tarixi şəxsiyyət olmayıb. Elə bir tarixi qəhraman olsa bu gün Rusiyada hər 10 uşaqdan birinin adı Kolovrat olardı. Rəsimdə isə böyük knyaz Aleksandr Nevskini, Batı xanın qarşısında görürük.
Filim rejisoru atası özbək anası rus olan amma bir yaşında atasından ayrılb atalığı osetin
yanında böyüyən Canik Feyziyevdir. Feyziyev 2005-ci ildə çəkdiyi Osmanlı-Rus savaşını anlatan “Türk qambiti” adlı filmi ilə məşhurdur. Hansı ki orda da tarix saxtalaşdırılmış türklər aşağlanmışdı.
 
Baş qəhraman Kolavratın uşaqlıq illərini isə gənc erməni aktyor David Melkonyan oynayır.
Ümumən erməni adları tək aktyorlar siyahsında deyil başqa vəzifələrdə də görmək olar. Məsələn baş Prodüser Rafael Minasbekyandır.

  Minasbekyan erməni milliyətçisi kimi tanınan biridir.
Bəstakarlığı isə öz boynuna ABŞ vətandaşı məşhur rokçu Serj Tankyan öz üzərinə götürüb.
Bunun üçün bütün işini atıb ABŞdan Rusiyaya da gəlib filmin başında durub. Yəqin ki yadınıza düşdü hansı Serj Tankyan? Qrupu tərəfindən Atatürkə təhqir dolu albomları da çıxmışdı 2015-ci ildə. ABŞ erməni disporunun ən böyük dəstəkçisidir. Tez tez Türkiyə əlehinə aksiyalar təşkil edir.
 
Gələk filmin özünə. Filmin çəkiliş üslubu demək olar tamamilə “300 Spartalı”dan oğurlanıb. Burda da guya rusların xüsusi dəstələri var imiş, uşaqlıqdan məşq edirmişlər. Amma beyin fantaziyaları Hollivudu bir neçə dəfə üstələyib. 6-7 rus hər əsəbləşəndə girir böyük Qızıl Ordanın mərkəzinə, qırıb sağ salamat çıxır. Monqollarda Yapon Nincaları kimi göydən iplə düşüb ox atıb qaçırlar. Hər dəfə bir parça topası göstərirlər aça aça qaçırlar nəyə lazımdır kinonun axırına kimi başa düşmədim.
 Qızıl Orda isə bilmirəm necə anladım. Məsələn bu arıq və makiyajlı, çin saray xanımı vidində olan tarixdə ad san buraxmış məşhur pəhlavan Batı Xandır. Bu sifətləri rənglənmiş, qaşlı adamlar isə monqol-tatar ordusu.
Birdə maraqlı, ruslar tərəfdən fil böyüklüyündə bir ayı vuruşur.
 
Filmin bir yerində göstərirlər Ruslar yuxarıdan böyük orduya baxır və biri qayıdır ki, Bunların hamısıni görəsən kim basıracaq? Yəqin yadınıza düşdü bu tarixi deyim.
 
Bir gün 300 minlik Çin ordusu Mete Xanın qoşunu ilə qarşılaşır. Xanın köməkçisi soruşur:
– Nə düşünürsünüz, Xaqan?
Mete Xan cavab verir:
– Düşünürəm ki, bu qədər çinlini hara basdıracağıq
 
Filmin treylerində çoxlu savaş yerləri var amma filmin özündə elə treylerdə nə savaş varsa odur. O da Kolavrat gəlir yanmış şəhərinə girir və xəyalında düşünür ki yəqin müharibə belə olub. Qalan filmdə “300 spartalı” rus o yana gedir bu yana gedir qarlıqda vəssalam. Filmin sonunda 300 spartalı kimi bir yolu olan təpəyə çıxırlar, dar yoldan keçmək istəyən ordunu qırırlar. Filmə maraq göstərənlər üçün tam hissəni qoyuram.

 

Yazdı: Orxan Vəliyev

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here