Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı başlanandan bəri 970 terrorçunu zərərsizləşdirib.

Oxu.Az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Baş Ordu Qərargahı bu gün bəyanat yayıb.

“Fevralın 6-da “Zeytun budağı” əməliyyatının gedişində PYD, YPG və İŞİD terrorçu qruplaşmalarının 23 üzvü öldürülüb.

Ümumilikdə, əməliyyatın başlandığı vaxtdan bu günə kimi öldürülən terrorçuların sayı 970-ə çatıb”, – deyə qərargahın bəyanatında deyilir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu birləşmələri ilə birgə Suriyanı Afrin bölgəsində terrorçulara qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.

Bundan əvvəl Türkiyə baş naziri Binəli Yıldırım Afrində 8-10 minə yaxın PYD və YPG terrorçusunun olduğunu bildirmişdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here