İstedadlı və perspektivli gənc Səfiyev Cavid Kamal oğlu 1 yaşından “Qırtlağın residivləşən popillomotozu’’ xəstəliyindən əziyyət çəkir. Kasıb ailənin övladı olan C. Səfiyev atasını gənc yaşlarında itirib. Hər 6 aydan bir əməliyyat olunmaldıır ki, bu da təqribən 3000 dollara başa gəlir. Maddi cəhətdən imkansız olan ailənin yardıma ehtiyacı var.

Bu səbəbdən də C.Səfiyevlə söhbətləşib onun dərdinə şərik olduq.

Qeyd edək ki, C. Səfiyev 1991-ci il aprelin 19-da Bakıda doğulub. 500 balla Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. “Ümumi iqtisadiyyat’’ fakultəsinin “Sənayenin təşkili və idarə olunması”ixtisasını bitirib.

O bizimlə söhbətində qarşılaşdığı problem barədə məlumat verdi: “Bir yaşından “Qırtlağın residivləşən popillomotozu’’ xəstəliyindən əziyyət çəkirəm. Həkimlərin yoxlaması əsasında məlum olub ki, bu xəstəliyin dünya təcrübəsində  tam müalicəsi yoxdur. Hələ uşaq ikən qırtlaqdan popillomotozların xaric edilməsi əməliyyatlarımı A.F.Qarayev adına 2 saylı xəstəxanada həyata keçirilib. Yaranmış popillomun cərrahi yolla kəsilib götürülməsi isə hər 5-7 aydan bir həyata keçirilməlidir.Buna görə  də  hər 5-7 aydan bir təkrar  cərrahi əməliyyat olunuram.

Hər əməliyyatım çox pul aparsa da ( 2500-3000 dollar) gələcəyə ümidlə baxan valideynim dəfələrlə qohum və tanışlardan borc alaraq  mənim həyatda qalmağım üçün əlindən gələni edir. Ona görə də  hesab edirəm ki, kiçik yaşlarımdan atamı itirməyim, bu səbəbdən də  evin və mənim müalicəm üçün lazım olan maddi vəsaitin sadə bir Azərbaycan qadınının üzərinə düşməsi,  hər 5-7  aydan bir əməliyyat üçün 2500-3000 dollar  xərcləməyimizi, bu səbəbdən də evdə  yaranan şəraiti təsəvvür  etmək o qədər də çətin deyil. Bu illərdə Azərbaycanın və Türkiyənin bir çox özəl və dövlət xəstəxanalarında müayinə və cərahi müalicə  olunmuşam. İlk diaqnozlarda yetkinlik yaşına çatdıqda  xəstəliyin dayana bilmə ehtimalını göstərsələrdə bu özünü doğrultmadı. Belə ki, yetkinlik yaşına çatdıqdan sonra məlum oldu ki,bu xəstəlik daima dəvam edəcəkdir. Xəstəliyin birazda irəliləməsi nəticəsində (’’Popillomların traxeyaya, bronxlara yayılması və sol ana bronxdada əmələ gəlməsi’’) Azərbaycanda cərrahi yolla müalicəsi mümkün olmadı və həkimlər burada məniəməliyyat etməkdən imtina etdilər. Buna görə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Vətəndaşların Respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə dövlət komissiyasının” 17 may 2011-ci il tarixli iclasının 5 saylı protokolu əsasında mənim xarici ölkəyə  göndərilməyim qərara alınıb. Lakin heç bir yardım olunmadığı üçün anamla Türkiyəyə öz vəsaitimiz hesabına getdik və orada Süreyya Paşa dövlət  xəstəxanasında, Medistate özəl xəstəxanasındanasında, Özəl İstanbul cərrahiyyə xəstəxanasında, Sağlık Bakanlığının Yedikule Göğüs Hastalıqları ve Göğüs cerrahisi Eğitim və Araştırma  xəstəxanasında müxtəlif vaxtlarda dəfələrlə müayinə və  cərrahi əməliyyat olunmuşam. Maddi imkansızlıqdan  Azərbaycanın müxtəlif xəstəxanalarında  o cümlədən Medi Style  xəstəxanasında “səs tellərində törəmənin” cərrahi üsulla çıxarılması əməliyyatı keçirtsəmdə sonra yetərli olmadığından  yenidən əməliyyat lazım gəldi və yenidən İstanbulda əməliyyat olundum. Lakin bu xəstəlik  bayaqda qeyd etdiyim kimi hələ də dəvam etməkdədir və ümumilikdə 91 (doxsan bir0) əməliyyat keçirmişəm ( uşaq olarkən əməliyyatlar 2-3 aydan bir həyata keçirilirdi). Xəstəliyin yaratdığı fəsadlar  nəticəsində Ağır dərəcəli tənəffüs catışmazlığı var, 2ci qrup əliləm. Əlavə olaraq Bronxektaziya xəstəliyindən əziyyət çəkirəm, səs tellərim korlanıb və səsim zəif çıxır”.

Səfiyev işləmək istəsə də normal gəliri olan bir iş tapa bilmir: “Müalicə üçün maddi imkanlarımız olmadığından mən işləmək məcburiyyətində qalmışam. Ancaq işləmək istəsəm də iş məsələsi müşkil bir məsələyə çevrilmişdir. Belə ki, ali təhsilim olsa da  iş tapmaq çox çətindir. Dövlət tərəfindən 2-ci qrup əlil  kimi pensiya alıram. Nəzərə alsaq ki,əməliyyat xərci ümumilikdə hər 5-7 aydan bir təxminən 2500-3000 dollara başa gəlir, o zaman bizim nə qədər maddi sıxıntı çəkdiyimiz aydın olar. Mənim əməliyyatımadaimi köməklik lazımdır. Bir neçə dəfə müxtəlif yerlərə müraciət etsəm də məni Səhiyyə Nazirliyinə yönləndirirlər, amma bunun bir nəticəsi olmur. Əgər mənə bu köməklik göstərilərsə mən dövlətimiz, xalqımız üçün çox faydalı işlər görmək istəyirəm. Uşaqlıqdan bu xəstəlikdən əziyyət çəkməmə baxmayaraq bir an belə olsa mən bu həyata və gələcəyə olan inamımı itirməmişəm, bunun üçün də göydə Allah yerdə  sizlərdən  köməklik gözləyirəm. Uşaq yaşlarımdan bu qədər əzab əziyyətə məruz qalmağına baxmayaraq mənim həyat eşqim sönməyib. Həyatımı davam etdirmək üçün  müntəzəm əməliyyatlar keçirməliyəm. Bu əməliyyatları həyata keçirmək üçün daimi maddi yardıma ehtiyyacım var. Böyük ümidlə sizdən kömək gözləyirəm…”.

Əlaqə nömrəsi : +994 50 4020642

Hesablaşma hesabı: AZ24AZEG41010944014794200001 Alan müştəri: Səfiyev Cavid Kamal oğlu Benefisiar bank: AGBANK ASC Ünvan: İ.Qutqaşınlı küç.89, Bakı, Azərbaycan, AZ1073 Kod: 505817 VÖEN: 9900019651 Müxbir Hesab: AZ75NABZ01350100000000017944 SWIFT: AZEGAZ22 Müxbir bank: AR Mərkəzi Bankı SWIFT: NABZAZ2C

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here