Heydər Əliyevin tarixdə yadda qalacaq ən önəmli işlərindən biri 1999-cu ildə baş tutacaqdı. Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmalıydı. İlk mərhələdə Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılmalı, ikinci mərhələdə bölgənin yekun statusu yenə danışıqlar yoluyla müəyyən edilməli idi. ABŞ-ın təzyiqi ilə erməni tərəfi də buna razı olmuşdu.

Köçəryanla Əliyevin həm bilinən həm gizlin görüşləri də baş tutdu. Ümumi Plana görə Ermənistan, Gürcüstan və Azərbaycan Baltikyani ölkələri kimi birlik yaradıb Rusiya ilə əlaqələri pozur və “Qərbçi” olurdu. Burdan Ermənistan rus qulu olmaqdan azad olur, Azərbaycan Qarabağ problemini həll edir, Gürcüstan iqtisadi problemini və s. Hər şey gözəl hesablanmışdı.

 

ABŞ dövlət katibi müavini Telbottun son danışıqlar üçün İrəvana gəlir, Köçəryanla görüşü başa çatır razılıq əldə edilir və amerikalı diplomatın təyyarəsi İrəvan aeroportundan havaya qalxandan bir neçə saat sonra Daşnaksütun partiyasının üzvləri Nairi və Karen adlı iki qardaşın rəhbərliyi ilə 7 nəfərlik dəstə ilə Ermənistan parlamenti binasına təpədən dırnaqa kimi silahlanıb hücum edir. Nətər olursa əlində KALAŞNİKOV avtomatları ilə yüzlərlə mühafizənin yanından “gözə görünməz” olub keçirlər deputatların oturduğu məclisə kimi. “Erməni düşmənlərinə ölüm” qışqırığı ilə Baş nazir Vazgen Sərkisyanı, spiker Karen Dəmirçiyanı və 6 siyasi xadimləri güllələyərək öldürürlər.

Öldürülən bu 8 nəfər Azərbaycanla sülh danışığına razılaşan ən aktiv siyasətçilər idi.Baş nazirin son sözləri “Hər şey sənə və sənin gələcək evladların üçün edilir” oldu. Ermənistan parlamentində baş verən terror 6 illik danışıqları və razılaşmanı dəfn etdi və İstanbulda saziş üçün baş utacaq görüş ləğv olundu.

                                      Öldürülən erməni siyasətçiləri


 Odur budur bu günə qədər heç bir erməni vəzifəlisi Azərbaycanla hansısa danışıqlar aparmağa cürət etmir. Heydər Əliyevin 6 il üzərində işlədiyi, bölgəni Rusiyadan qurtarma çabası bununla da bağlanır. Elə həmən il 1999-cu ildə aorto-tac damarlarında əməliyyat aparılır. Ürəyində problemlər və ağrılar yaranır. (1987-ci ildə ilk infarktı keçirmişdi) 2003-ci ildə Gənc zabitlər qarşısındakı çıxışı zamanı ürəyi tutur və 7 qabırğasını sındırır amma qüruruna qapılıb çıxışına davam edir.

Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here