zərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) keçirdiyi “Vikipediya” təliminin iştirakçısı tərəfindən “Azərbaycanca Vikipediya”da Londonda yaşayan məşhur idmançı, dünya və Avropa çempionu Hafiz Baxşəliyevin məqaləsi yaradılıb.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, H.Baxşəliyev 2005-ci ildə “Rossiya protiv Mir” peşəkar kikboks yarışında dünyanın ən güclü idmançıları arasında rinqə çıxıb. O, yarışda rus kikboksçusuna qalib gələn yeganə idmançı olub.

Hafiz Baxşəliyev Böyük Britaniyada Azərbaycanla bağlı keçirilən tədbirlərdə fəal iştirak edir.

Məqalə ilə daha ətraflı https://az.wikipedia.org/wiki/Hafiz_Bax%C5%9F%C9%99liyev linkində tanış olmaq olar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here