Bu yaxınlarda Bakıya üç günlük səfərə gələn Türkiyənin Adana şəhərində çap olunan ”Göy Türk” qəzetinin baş redaktoru, yazar Mehmet Turaçcı Bakı ilə bağlı təəssüratlarını adanahaber.net saytında bölüşüb.
Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist, yazarla dostluq edən Elnur Eltürk verib.
Yazar yazısına “Yavru Vatan Kıbrısdırsa, qardaş vətən Azərbaycandır” cümləsi ilə başlayır. Azərbaycan insanı və ölkə haqqında xoş sözlərlə davam edən məqalədə diqqət çəkən məqamlardan biri də, yazarla Azərbaycan Dövlət Yol Polisinin əməkdaşı ilə olan söhbətdir.
“İlk dəfə idi ki, Bakıda idim. İnsanlar mənə yad yox, doğma kimi idilər. Mənə ən çox təsir edən məqam bizi yolda saxlayan yol polisi ilə söhbətimiz oldu. Məndən haralı olduğumu soruşdu. Adanalı olduğumu deyincə ,”Adanaspor” bildiyini, “Adana Dəmirspor”un keçmiş oyunçusu Potinin çox sevdiyini söylədi. Klubun formasını məndən istədi və ən qısa zamanda formanı ona göndərəcəyimi söylədim. Ondan ayrılarkən mənə: “Qardaş, pulun yoxdursa, sənə pul verim. Biz qardaşıq. Çəkinmə!”.- dedi.

Ölkə.Az

Məqalənin davamı ilə buradan tanış olmaq olar:
http://www.adanahaber.net/gardas-azerbaycanda-3-gun-makale,1671.html

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here