Zimbabvedə hərbçilər ZBC Dövlət teleradio kompaniyasının binasını nəzarətə götürüb. Karabakhmedia.az-ın məlumatına görə, bu barədə Nehanda radiostansiyası xəbər yayıb.

Bildirilir ki, hərbçilər binaya girib çıxanları yoxlayırlar. Radiostansiyanın məlumatına görə, ZBC-nin bəzi əməkdaşları hərbçilər tərəfindən döyülüb. Bundan başqa kanalda verilməli olan xəbərlər proqramı musiqi ilə əvəzlənib.

Zimnews portalı isə bildirir ki, paytaxt Xararedə partlayış səsləri eşidilib, lakin onların mənbəyi bilinmir.

Bundan başqa bildirilir ki, Zimbabvenin hərbi hissələrindən Xarare istiqamətinə zirehli texnika kalonu hərəkət edib.

Röyters-in məlumatına görə, hərbçilər prezident Robert Muqabenin ətrafında olan «caniləri» dayandırmaq məqsədilə hakimiyyəti ələ keçirdiklərini bəyan ediblər.

Ordu nümayəndəsi telemüraciət zamanı bəyan edib ki, prezident Robert Muqabe və ailəsi təhlükəsizlikdədir.

Bununla belə, News24 portalı bildirir ki, hərbçilər ölkə prezidenti Robert Muqabeni və mühafizəçilərini girov saxlayırlar. Bildirilir ki, Muqabe istefaya getməyə hazırlaşır, həmçinin o, həyat yoldaşının ölkəni tərk etməsi üçün ordu ilə razılığa gəlib.

Onlar zirehli maşınlarda əsas dövlət binalarına, parlament və limanlarda gəmilərə olan girişi bağlayıblar.

Bundan başqa Zimbabvenin maliyyə naziri İqnatius Çombo saxlanılıb. O da hakim partiyanın rəhbərliyindədir.

Qeyd edək ki, 93 yaşlı Robert Muqabe 37 ildir ki, hakimiyyətdədir. Noybarın əvvəllərində Muqabe hakimiyyətdə özünün ən real sələfi olan və hərbçilərin dəstəyini alan müavini Emmerson Mnanqaqvanı qovmuşdu. Bir neçə gün əvvəl Baş Qərargah rəisi Konstantin Çivenqa prezidentə Mnanqvanın çıxarıldığı hakim partiyada siyasi təmizliyi dayandırmağa çağırmışdı.

Karabakhmedia.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here