Moskva və Ankara münasibətlərini tam həcmdə bərpa olunmuş hesab etmək olar.

TuranTV-nin APA-ya istinadən verdiyi məlumata əsasən, bunu Rusiya prezidenti Vladimir Putin Soçidəki iqamətgahında türkiyəli həmkarı Rəcəp Tayyip Ərdoğanla keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, bu ilin 8-9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2016-cı ilin tənəzzülündən sonra üç dəfədən çox artıb.

Rusiya prezidenti qeyd edib ki, ölkəsi Türkiyə ilə praktiki olaraq bütün istiqamətlərdə, o cümlədən Suriya münaqişəsinin nizamlanmasında iş aparır.  Putin türkiyəli həmkarına Rusiyaya səfər etdiyinə görə təşəkkürünü bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə çıxışında regional məsələlərin həllində ikitərəfli əməkdaşlığa diqqəti yönəldib: “Moskva və Ankara arasında siyasi, hərbi və iqtisadi-ticarət sahələrində münasibətlər günü gündən inkişaf edir. Yüksək səviyyədə təmaslar həyata keçirilir. Əminəm ki, bugünkü görüş də məhsuldar olacaq”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here