Fеyzulla mirzə Şəfi mirzə oğlu 1872-ci ildə Şuşa şəhərində anadan olub. Şəhər rеal məкtəbini bitirmişdi. Sоnra Niкоlayеvsк hərbi məкtəbinə daхil оlmuşdu. O general Şəfi xan Mirzənin oğludur. Feyzulla bəy 4 general əminin—Rzaqulu Mirzə, Əmir Kazım Mirzə, Əmənulla Xan Mirzə və Məhəmməd Mirzənin general rütbəsi alan yeganə qardaşoğlusudur…
 
1904 illərdə Rus-Yapon müharibəsində iştirak edib. General Hüseyn xan Naxçıvanskinin komandanlıq etdiyi İkinci Dağıstan Alayında podyesaul (kazak qoşunlarında kapitan) rütbəsində bir sıra döyüşlərə qatılıb.
 Birinci Dünya müharibəsində Vəhşi Diviziyada çeçen süvari alayının komandiri olub.
 
1916-cı ildə çıxan «Kaspi» qəzeti yazırdı:
 «Çeçen süvari alayının komandiri, dördüncü dərəcəli «Müqəddəs Georgi» ordenli şahzadə podpolkovnik Feyzulla Mirzə Qacar 1915-ci il fevralın 15-də şəxsi təşəbbüsü ilə sıralarında yalnız bir zabiti olan Ulan-kazak alayının dörd bölüyünə komandanlığı öz üzərinə götürmüşdür. Çoxlu tüfəng və pulemyot atəşindən məharətlə istifadə edən cəsur komandir Feyzulla Mirzə Qacar Brin kəndini düşməndən itkisiz geri almışdır. Belə mühüm əhəmiyyətli döyüş sahəsini düşməndən təmizlədiyinə görə igid komandir Feyzulla Mirzə Qacar üçüncü dərəcəli «Müqəddəs Vladimir» (qılıncla birgə) və ikinci dərəcəli «Müqəddəs Anna» (qılınc və bantla birgə) ordenlə təltif olunmuşdur. Şahzadəyə həm də polkovnik rütbəsi verilmişdir».
GENERAL-MAYOR RÜTBƏSİ
1917-ci il mayın 7-də əla komandirlik məharətinə və döyüş qabiliyyətinə görə Feyzulla Mirzə Qacara general-mayor rütbəsi verilir. Həmin il sentyabrın 30-da o, Qafqaz müsəlmanlarından təşkil olunan Birinci Qafqaz Süvari Diviziyasına komandir təyin olunur.
 
VƏTƏNƏ DÖNÜŞ…
Rusiyadakı inqilabi çevrilişdən sonra Feyzulla Mirzə Qacar Vətənə dönür. İlk işi Qafqaz İslam Ordusuna qoşulub Azərbaycanın azadlığı uğrunda mübarizə olur. 1918-ci il dekabrın 23-də Baş Qərargah rəisinə raport yazır:
«Yenidən hərbi xidmətimi davam etdirmək arzusu ilə mənim Azərbaycan ordusu sıralarına qəbul olunmağım haqqında zəmanət vermənizi xahiş edirəm».
1918-ci 23 dekabırda Azərbaycan Demokratik Respublikasının kavaleriya diviziyasına kamandir təyin olunur.
GƏNCƏ QARNİZONUNUN RƏİSİ
1919-cu il yanvarın 9-da Cümhuriyyətin Hərbiyə naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi Həbib bəy Səlimovun əmri ilə Feyzulla Mirzə Qacar Gəncə qarnizonunun rəisi təyin olunur.
 
QARA APREL
1920-ci il Aprel çevrilişindən sonra tarixə Gəncə üsyanı adıyla düşən üsyanda Feyzulla Mirzə Qacar da iştirak edirdi. Bir həftə davam edən döyüşlərdə Qacarlar nəslindən olan 4 generaldan üçü—Əmir Kazım Mirzə, Məhəmməd Mirzə və Feyzulla Mirzə şəhid olub…
 
Bir versiyaya görə, Feyzulla bəy Gəncə üsyanında süvari dəstəsiylə mühasirəyə düşüb və Bakıya gətirilib.
ÇK onu müsavatçılarla birgə Nargində güllələyib…
 
AİLƏSİ
Feyzulla Mirzə Хurşid xanım Naхçıvanski ilə ailə qurmuşdu…

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here