AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) keçirdiyi Vikipediya təliminin iştirakçısı tərəfindən “Azərbaycanca Vikipediya”da (Dağlı) Musa Ələsgərovun məqaləsi yaradılıb.

Turan Tv xəbər verir ki, M.Ələsgərova 1918-ci ildə Bakının erməni daşnaklarından azad edilməsində göstərdiyi igidliyə görə Qafqaz İslam Ordusunun komandanı Nuru paşa tərəfindən yüzbaşı (leytenant) rütbəsi verilib.

Daha sonra onun rütbəsi polkovnikliyə qədər artırlıb.

Dağlı Musanın ən böyük xidmətlərindən biri Böyük Zirə adasında (Nargin) əsir saxlanan türk əsgərlərinə etdiyi köməklik idi. O, başqa qoçular və Bakının imkanlı şəxsləri ilə birgə türk əsirlərini adadan qaçırıb öz vətənlərinə yola salırmış.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here