Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvada planlaşdırılan terror aktının qarşısını alıblar.
TuranTv-nin “İzvestiya” qəzetinə istinadən verdiyi məlumatına əsasən, terakt Barselona, Kambrils və Nyu-Yorkdakı kimi, yük avtomobili vasitəsi ilə həyata keçiriləcəkmiş.
İŞİD-ə yeni üzvləri cəlb etməklə məşğul olan şəxs, cinayəti törətmək üçün KamAZ yük avtomobilini seçibmiş.
Hal-hazırda terrorçu həbs olunub, istintaq davam edir.