Azərbaycana gətirilən kərə yağına və digər süddən hazırlanan yağlara tətbiq edilən gömrük rüsumları 3 dəfəyə qədər azaldılıb. Sahibkarlar bundan sonra ümumi dəyərin 5 faizi həcmində rüsum ödəyəcəklər.
Rüsumların azaldılması satışa çıxarılan kərə yağlarının qiymətinə təsir edəcəkmi?
V.Bayramov qeyd edib ki, qərar kərə yağının qiymətinin aşağı düşməsinə səbəb olacaq: “Nəticə etibarı ilə qərar ölkəyə idxal olunan kərə yağının qiymətinə təsir göstərəcək. Yəni, azalmalar müşahidə ediləcək. Sahibkarlar da artıq kərə yağının qiymətini aşağı salmalıdırlar. Çünki dünya bazarında qiymətlər stabilləşib, ölkədə isə rüsümların həcmi 3 dəfəyə qədər azaldılıb. Əgər qiymətlər azalmasa, bu sahibkarlar tərəfindən süni şəkildə qiymətlərin qorunub saxlanılması hesab olunacaq”.