İsveç doğumlu azərbaycanlı gənc xanım Aida Kiani İsveçdə yüksək vəzifəyə təyin olunub.

İsveçin Malmö şəhər meriyasına təyinat alan Aida haqqında Malmö kommunasının mətbuat xidməti özəl reportaj hazırlayıb.

Bu barədə Turan Tv yə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

Jurnalist Aida Kianıni başladığı iş haqqında soruşub və ona meriyadakı fəaliyyətində uğurlar arzulayıb.

Aida Kiani 1994-cü ildə İsveçin Motala şəhərində anadan olub. Qeyd edək ki, Aida Kianı Avropanın tanınmış Azərbaycan diaspor və lobbiçisi, Stokholm bələdiyyəsinin dövlət qulluqçusu Leyla Kianinin qızıdır.

Aida Kiani Malmö Dövlət Universitetinin Beynəlxalq əlaqələr və dövlət qulluqçuluğu fakültəsinin builki məzunudur. Tələbə dövründə də Malmö şəhər bələdiyyəsində əvvəlcə praktika, daha sonra yay aylarında çalışaraq dövlət qulluqçuluğu sahəsində təcrübə qazanıb. Bu ilin oktyabr ayından etibarən isə şəhər meriyasında hökümət seçkiləri üzrə Malmö şəhərinin baş koordinatoru kimi yüksək vəzifəyə təyin olunub. İsveçdə doğulub böyüməsinə baxmayaraq, doğma Azərbaycan, isveç, ingilis və danimarka dillərində sərbəst danışan Aidanın gələcək arzularından biri Azərbaycan və İsveçin birgə müştərək layihələri üzərində işləməkdir.

Aida Kianiyə işlərində uğurlar diləyib ona İsveçin sosial və siyasi həyatında böyük uğurlar qazanmasını arzulayırıq.

Musavat.com

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here