Türkiyənin 13 şəhər və rayon bələdiyyəsinin rəhbərləriCəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.

TuranTV-nin APA-ya istinadən verdiyi məlumata əsasən, Türkiyə nümayəndə heyəti öncə Füzuli rayonunun Horadiz qəsəbəsində 2015-ci ilin aprel döyüşlərində şəhid olanların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.

Daha sonra bələdiyyə başqanları Çocuq Mərcanlı kənd orta məktəbində olub, məktəblilərlə görüşüblər. Məktəblilərə hədiyyələr təqdim olunub.

Səfər çərçivəsində keçirilən görüşdə Türkiyənin Adana vilayətinin Qara İsalı bələdiyyəsi ilə Cocuq Mərcanlı bələdiyyəsi arasında protokol imzalanıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here