Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Trestinin 490 saylı quyusunda istehsalat qəzası baş verib.

TuranTV-nin Report.az-a istinadən verdiyi məlumatına əsasən, hadisə zamanı 2 nəfər qazma köməkçisi iş prosesində xəsarət alıb, ölüm hadisəsi olmayıb.

Xəsarət alanalar, trestin “Qaradağ-Qalmaz” İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğludur.

Qeyd edək ki, quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb və onlar xəsarət alıblar.

Hazırda neftçilərin vəziyyəti qənaətbəxşdir. Onlar xəstəxanada müalicə alırlar.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here