2 noyabr 1943-cü il sübh tezdən uşaqlar və qocalar daxil olmaqla bütün qaraçaylıları yaşayış məntəqələrindəki əsas meydanlara toplamağa başladılar. Onları öz doğma yurd-yuvalarından sürgün etmək üçün toplamışdılar. Buna səbəb isə bütün bir xalqı, bütün bir toplumu düşmənlə əməkdaşlıqda ittiham etmələri idi. Axı, dünyaya yeni gəlmiş uşaq necə düşmənlə mütəffiq ola bilər?! Öz oğullarını düşmənə qarşı döyüşə yollamış bir xalq necə düşmənlə mütəffiqlik edər?! Müharibə dövründə cəbhəyə 6 vaqon yardım göndərmiş, almanlar bölgəyə hücum edəndə 17 partizan dəstəsi ilə(100-ə yaxın qadın da bu dəstələrdə düşmənə müqavimət göstərib) onlara qarşı müqavimət göstərmiş xalq birdən-birə düşmənlə müttəfiqlikdə ittiham olundu. Qaraçay Muxtar Bölgəsi 5 aydan çox alman qoşunlarının işğalında olduğu müddətdə sözsüz ki, onlarla mütəffiqlik edən insanlar da var idi. Amma bir qrup insana görə bütün xalqı günahlandırmaq və cəzalandırmaq hansı məntiqə sığır anlamıram?!

 

Uçkeken bölgəsində sürgün edilmiş qaraçaylıların xatirəsinə qoyulmuş abidə.

Həmdə kim kiminlə düşmən idi? Qaraçay niyə almanla düşmən idi? Alman o bölgəni tutanda qaraçaylılara qarşı necə davrandı? Sovet qaytaranda necə davrandı? Hansı işğal idi? Alman işğalı, yoxsa sovet işğalı? İşğal işğaldır, sözsüz, amma sovet işğalçı kimi hərəkət etməli deyildi axı!
Beləcə düz 69 min qaraçaylı öz doğma elindən obasından sürgün edildi. Sürgün edərkən kişiləri qadınlardan ayırırdılar. Bunun sadə səbəbi var idi. Belə olduqda kişilər qaçmağa və ya əsgərlərə müqavimət göstərməyə cəhd etmirdilər, çünki bu halda onların analarını, bacılarını, həyat yoldaşlarını güllələməklə hədələyirdilər. Qaraçaylıların üzərində sınaqdan keçirdikləri bu üsulu daha sonra sürgün edilən çeçenlərə, inquşlara, balkarlara eləcə də Krım tatarlarına da tətbiq etdilər. Qaraçaylıları sürgün etmək üçün bölgəyə 54 minə yaxın əsgər cəlb etmişdilər. Düşünə bilirsiz? Demək olar ki, hər bir sakinə bir silahlı əsgər düşürdü. Belə halda heç kim müqavimət göstərə bilməzdi. İnsanları mal qara daşımaq üçün nəzərdə tutulan vaqonlara doldurdular. Vaqonlar Qazaxıstana və Qırğızıstana çatana qədər yüzlərlə uşaq və qoca yolda tələf oldular. Onları basdırmaq imkanı da yox idi meyidi qatarda saxlamaq da mümkün olmadığından ölənləri vaqondan çölə atmağa məcbur olurdular. Çatdıqları məntəqələrdə də yaşayış şəraiti əlverişli deyildi. İlk aylar hətta qaraçaylılar düşünüblər ki, onları bura ölmək üçün gətirib atıblar. Çünki düz 1949-cu ilə qədər ölüm sayı doğum sayını üstələyirdi. 1948-ci il statistikasında onların sayının 13 min azaldığı öz əksini tapıb. 1957-ci ildə onların öz yurdlarına qayıtmaqlarına icazə verdilər. Dövlət səviyyəsində isə 1991-ci ildə bu deportasiya qanunsuz olduğu elan edildi.  2 noyabr sürgün nəticəsində həlak olmuş qaraçaylıların anım günüdür. 1991-ci ildə rejissor Hüseyin Erkenov tərəfindən bu sürgünə həsr olunmuş “Холод” filmi çəkilib.

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here