Dünya Bankı (DB) Qrupunun açıqladığı “Doing Business-2018” hesabatında Azərbaycan 190 ölkə arasında 57-ci yerdə qərarlaşıb.

TuranTV-nin Report-a istinadən verdiyi məlumata əsasən, bununla da Azərbaycan ötən illə müqayisədə reytinqdə 8 pillə yüksəlib.

Qeyd edək ki, ötən il isə Azərbaycan əvvəlki ilə nisbətən 2 pillə geriləyərək 65-ci yerdə qərarlaşmışdır.

Azərbaycanın da daxil olduğu Avropa və Mərkəzi Asiya regionunda ən yaxşı göstərici Gürcüstana məxsusdfur. Belə ki, qonşu ölkə “Doing Business-2018” hesabatında 9-cu yerdə qərarlaşıb. Bununla yanaşı, Rusiya 35, Qazaxıstan 36, Türkiyə 60, Ukrayna isə 76-cı yerə layiq görülüb.

Ötən il regionda 44 islahat həyata keçirilib ki, bu da 24 region ölkəsinin 19-da reallaşıb. Dünya üzrə aparılan 264 islahatın 17%-i təkcə bu regionun payına düşür. Azərbaycan və Litva 4 islahatla hesabatda yer alıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here