İpsaniyanın xarici işlər naziri Alfonso dastis Kataloniyada müçahidə edilən krizisin sonda bölgənin müxtariyyatının genişlənməsinə gətirib çıxaracağını istisna etməyib.

TuranTV-nin Associated Press-ə istinadən verdiyi məlumata əsasən, A.Dastis jeneralitet başçısı vəzifəsindən uzaqlaşdırılan Karles Puçdemonun “nəzəri” olaraq dekabrda keçiriləcək regional seçkilərdə iştirak edə biləcəyini qeyd edib.

“Müstəqillikdən olmayacqdır, lakin, Kataloniyanın nəinki İspaniyada, bütün dünyada ən geniş səlahiyyət və müxtariyyata malik olan bölgələrdən biri olmasına baxmayaraq, müxtariyyat statusunun genişlənməsi istisna deyil”, – deyə XİN rəhbəri qeyd edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here