Bu gün, oktuyabrın 30-u Bakı-Tbilisi-Qars(BTQ) dəmir yolunun açılış mərasimi olacaq.

TuranTV-nin 1news.az-a istinadən verdiyi məlumata əsasən, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, BTQ layihənin icrasına 2007-ci ildə başlanılıb.

Həmin ilin fevralın 7-də Tbilisi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın prezidenti Mixeil Saakaşvili və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş görüşdə “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti haqqında” üçtərəfli saziş və “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda – Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında” Azərbaycan və Gürcüstan hökumətləri arasında ikitərəfli saziş, habelə Azərbaycanın Nəqliyyat Nazirliyi və “Marabda Kartsaxi Dəmir Yolu” MMM arasında “Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin maliyyələşdirilməsi şərtlərinə dair Kredit Müqaviləsi” imzalanıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here