Ermənistanda ət bahalaşıb. Rəsmi məlumatlara əsasən, bahalaşma 10-15% təşkil edib. Mütəxəssislərin fikrincə buna səbəb ətin ölkədən xaricə idxal edilməsidir.

İdxalın ölkəyə valyuta gətirdiyinə baxmayaraq, yerli bazarı boşaldır. Bundan əlavə yemin də bahalaşdığını nəzərə alsaq, mənzərə tam aydın olur.

Lakin Ermənistanda başqa materialın qiyməti dəyişməz olaraq ucuz qalır. Söhbət əsgərdən gedir.

Armiya.az saytının məlumatına əsasən, bu yaxınlarda işğalçı dövlət daha 3 hərbçisini itirib. Birisi təmas xəttində canını tapşırıb, digərini əsgər yoldaşı güllələyib. Üçüncüsü isə, məlumata görə, özü-özünü güllələyib. Bu hadisələr tək bir həftənin içində baş verib. 2017-ci il başlayandan bəri isə ümumi olaraq təqribən 60 yaxın düşmən hərbçisi həlak olub.

Maraqlısı odur ki, erməni gəncləri orduda xidmət etmək istəmirlər. Pulu olanlar rüşvət verib canını qurtarır, olmayanlar isə ölkədən qaçır. Amma Ermənistan rejimi axır əvvəl bu tələyə kimisə salmalıdır.

Və budur, Ermənistanda daha bir rezervi – tələbələri yada saldılar. Düşmən rejimini başa düşmək olur – ölkəyə ali təhsilli mütəxəssislər nəyə lazımdır? İşləməyə yer yoxdur, şirkətlər dayanıb, sərmayəçilər isə Ermənistanı yan gəzir. Bu təqdirdə bunlar, elə ən yaxşısı, orduda istifadə olunsun.

Düzü sonra dövlət təntənəli “Şərəf duyuram” adlı proqrama qoşulanlar üçün istisna etmək qərarına gəlir. Bütün işi referentlikdən ibarət olan Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bu proqramı reklam etməyi çox xoşlayır.

“Şərəfi olan” tələbələr hərbi kursları keçdikdən və zabit paqonları aldıqdan sonra Ermənistan silahlı qüvvələrinə yollanaraq 3 il orada xidmət etməlidirlər. Bizim işıq sürəti ilə dəyişən dünyamızda öz peşəsindən 3 il müddətinə qoparılmış insanın necə “mütəxəssis” olacağını yalnız Tanrı bilir.

Bu proqrama qoşulmayanlar isə, auditoriyadan birbaşa çağırış məntəqəsinə göndərilir.

Anlaşılandır ki, bu yenilik Ermənistanda hər kəsin ürəyincə deyil. Erməni KİV-lərinin verdiyi məlumata əsasən, ötən cümə İrəvanda tələbələr etiraz aksiyası keçirib. Onların sözlərinə görə, hərbi xidmətdən qayıdanların yalnız cüzi hissəsi təhsilini davam edir. Aksiya iştirakçıları Ermənistanın təhsil və elm nazirliyinə yürüyüş edərək nazirlə görüşmək tələbini irəli sürüblər. Onların tələblərinin yerinə yetiriləcəyi inanılası deyil, hətta güman etmək olar ki, ən fəalları ali təhsil ocağından qovmaqla hədələyəcəklər.

Bəs Ermənistanın bu addımını nəyə bağlamaq olar? Əlbəttə ki, səbəb Ermənistanın sürətlə boşalmasında, miqrasiyadadır. İndi səngərdə duracaq gənclər hələ uşaq ikən valideynləri tərəfindən ölkədən çıxarılıb.

Ermənistanın 1in.am saytının yazarı Sarqis Artsruninin qeyd etdiyi kimi “hal-hazırda demoqrafik vəziyyət fəlakətlidir, və bu artıq müdafiəyəyə, milli təhlükəsizliyə zərbə vurur. Hakimiyyətin cinayətkar siyasəti fonunda kütləvi emiqrasiyanın növbəti qurbanları təhsil və elmdir”.

Özbaşınalıq bununla bitmir. Ermənistan artıq əcnəbiləri də hərbi xidmət göstərməyə məcbur edir. Və söhbət, Birinci Qarabağ Müharibəsində olduğu kimi, könüllü olaraq bura gələnlərdən yox, təsadüfi insanlardan gedir.

Epress.am-ın yazdığına görə, bu yaxınlarda Ukrayna vətəndaşı olan Q.P. az qala kazarma sakininə çevriləcəkdi.

2015-ci ilin fevralın 15-də Ermənistanın Artaşat şəhərinin hərbi çağırış məntəqəsi Ukrayna vətəndaşı olan Q.P.-nı qeydiyyata alır, bu ilin sentyabrında isə tibbi komissiyaya bununla bağlı çağırış vərəqəsi göndərir.  Buna səbəb, Ukrayna vətəndaşının doğum yeri kimi, İrəvan şəhəri göstərilməsidir. Nəticədə, hüquq mühafizəçilərinin səyləri nəticəsində gənci ordudan xilas etmək olur.

Bu qanunsuz və insanlıq xarici addımlar fonunda Ermənistanın növbəti qərarları sual doğruru. Bəlkə bütün erməni qadınlarını məcburi olaraq hərbi xidmətə cəlb edəcəklər? Ya da ehtiyyata buraxılanları növbəti dəfə hərbi paltar geyməyə vadar edəcəklər? Ola bilsin, yeniyetmələri orduya gətirsinlər.

Dünya praktikasında belə presendentlər mövcuddur. Məsələn, Uqandada artıq 30 ildən çoxdur radikal xristian “Tanrının müqavimət ordusu” fəaliyyət göstərir. Bunlar yeniyetmələri oğurlayır və təhdid edərək ya döyüşməyə, ya da sadəcə qul olmağa məcbur edir.

Cozef Koni tərəfindən yaradılan və açoli qəbiləsinin nümayəndələrindən təşkil edilən bu “ordu” digər xalqların nümayəndələrinə və fanatiklərin fikirlərini bölüşməyənlərə qarşı qəddarlığı ilə seçilirlər. Zarafat deyil – məsələ hətta kannibalizm səviyyəsinə çatıb. Bununla birgə, onlar Bibliyada qeyd edilən 10 törəyə sadiqdirlər və Uqandada teokratik hakimiyyətin bərqərar olmasına çalışırlar.

Sarqsyanın yaxın gələcəkdə yeniyetmələri zorla hərbi düşərgələrə göndərərək onlardan qəddar qatillər yetişdiriyi haqda xəbər eşitsəz, təəcüblənməyin. Öz vətəndaşlarını artıq qula çeviriblər. Qonşularına, əsasən türklərə (Azərbaycan və Türkiyə) qarşı və hətta başqa millətlərə normal yanaşan öz həmvətənlilərinə qarşı nifrət onlara ana südü ilə aşılanır. Din yerinə isə onlar “tseqakrona” – Qareqin Njdenin dini-şovinistik ideologiyasına tapırlar. Bircə “Serjikyuqend” yaradaraq valideynləri öz uşaqlarını ora göndərməyə məcbur etmək qalıb ki, bu da olsa təəcüb doğurmamalıdır.

Tarqıtay Turan

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here