Alpaqut döyüş sənəti üzrə 2-ci Azərbaycan Kuboku keçirildi.Kubok Şəmkir Olimpia İdman Kompleksində təşkil olunmuşdur.Yarışda, Bakının, Suraxanı, Qaradağ, Qobustan, Nərimanov, Binəqədi, Sabunçu, Güzdək, Abşeron komandaları, bundan əlavə Şəmkir,Ağdam, Laçın, Ağcəbədi,Zərdab,Kürdəmir,Bərdə,Şəki,Kəlbəcər, Sumqayıt, Mingəçevir və respublikanın digər 21 regionunun komandalarından ibarət 230 nəfər idmançı iştirak etdi. Azərbaycan Alpaqut Federasiyasının Şəmkir filiyalının sədri Qabil Hüseyinov,yarışın baş hakimi Kutsan Vasif Namazova raport verdikdən sonra Azərbaycan Kuboku Azərbaycanın Dövlət Himninin səsləndirilməsilə açıq elan edildi. Federasiyanın prezidenti Aqil Acalov çıxış edərək gənclərimizə vətənpərvərlik ruhu aşılamaq, tariximizə, soy-kökümüzə bağlılıq hissini artırmaq üçün alpaqut döyüş sənəti üzrə turnirləri keçirməkdə davam edəcəklərini vurğulayıb.Cənab prezident də çıxışlarında tariximizə, keçmişimizə sahib çıxmağı, , gənclərimizi vətənpərvər ruhda yetişdirməyi təlqin edir. Biz də bu yolda üzərimizə düşəni etməyə çalışırıq”. Daha sonra Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov isə öz çıxışında ölkəmizdə idmana verilən yüksək qiymətdən danışaraq tikilən yeni-yeni olimpiya komitələrində yaradılan şəraitdən də razılığını bildirib: “Prezident İlham Əliyevin idmana qayğısının nəticəsidir ki, Azərbaycan idmançıları uğurla və şərəflə bayrağımızı dalğalandıraraq bir çox yarışlardan qələbə ilə dönürlər, onlar üçün ölkəmizdə hər cür şərait yaradılıb. Sonda Alpaqut döyüş sənətinin qurucusu, “Kutsan” Vasif Namazov çıxış edərək türkün çıxış edərək alpaqut idman növünün qısa zamanda Azərbaycanda və dünyada uğur qazanmasının danışaraq qeyd etdi ki, Alpaqut sıradan, adi bir idman növü olmadığı üçün, milli, vətənpərvər ideyaları özündə əks etdirdiyi üçün, turançılığı tərənnüm etdiyi üçün hər birimiz bu idman növünün təbliğinə öz töhfəmizi verməliyik”. Çıxışlardan sonra yarışlar start götürüb. 8-18 yaşlar arası və 18 yaşdan yuxarı müxtəlif çəki dərəcələrində yarışan idmançılar öz güclərini sınayıblar.Kubok Alpaqut döyüş sənətinin Aypara, Batur və Caymaz sistemləri üzrə keçirilirib. Komanda hesabı üzrə Azərbaycan Kubokunun qalibləri Aypara sistemi üzrə 1-ci yeri Ağdam, 2-ci yeri Suraxanı, 3-cü yeri Sabunçu.Batur sistemi üzrə 1-ci yeri Şəmkir, 2-ci yeri Laçın,3-cü yeri Şəki.Caymaz sistemi üzrə 1-ci yeri Mingəçevir, 2-ci yeri Kəlbəcər, 3-cü yeri Laçın komandası oldu.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here