Hafiz Baxşəliyev: ”Bir idmançı üçün mənsub olduğu vətəninin bayrağını ucaltmaqdan gözəl heç nə yoxdur”
Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, 7 qat Azərbaycan, 3 qat dünya və 2 qat Avropa çempionu, peşəkarlar arasında Avropa çempionu, K-1 Britaniya çempionu Hafiz Baxşəliyev 8 Oktyabr 2017-ci il tarixində İngiltərənin Coventry şəhərində Chris Cooper (Kris Kuper) ilə S3 Fight League Federasiyasının dünya çempionu titulu üzrə döyüşəcək.
Peşəkar kikboksçu Hafiz Baxşəliyev necə müddət idi ki,yarışa hazırlaşdığını bildirib:
“AKF prezidenti, millət vəkili Adil Əliyev yenidən rinqə qayıtmağımı istədi. Uzun müddət idi ki, döyüşmürdüm. Bu ilin iyul ayında Uelsin paytaxtı Kardiff şəhərində peşəkarlararası Avropa çempionu titulu uğrunda mübarizədə qələbə qazandım. İndi də dünya çempionu titulu uğrunda mübarizə aparacam.
Bilirəm ki, çətin döyüş olacaq. Rinqə sona qədər döyüşmək və mübarizə aparmaq üçün çıxacam. Bir idmançı üçün vətəninin bayrağını ucaltmaqdan gözəl heç nə yoxdur”,-deyə H.Baxşəliyev qeyd edib.
Qeyd: Azərbaycanla bağlı İngiltərədə keçirilən tədbirlərdə fəallığı ilə seçilən Hafiz Baxşəliyev Londonda Xaricdə yaşayan Azərbaycanlı İdmançılar Birliyini yaradıb.

Elnur Elturk

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here