Onun 65 yaşı tamam olur.
Vladimir Putin 1952-ci il oktyabrın 7-də Sankt-Peterburqda doğulub. 1975-ci ildə o, Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Təyinatla dövlət təhlükəsizlik orqanlarında işləməyə göndərilib. 1985-1990-cı illərdə Almaniya Demokratik Respublikasında çalışıb.

1998-ci ilin iyulunda Putin Federal Təhlükəsizlik Xidmətinin direktoru təyin edilib. Təxminən 1 il sonra – 1999-cu ildə Rusiyanın baş naziri postunu tutub. 1999-cu il dekabrın 31-dən ölkə prezidentinin səlahiyyətlərini icra etməyə başlayıb. 2000-ci il mayın 7-dən  Rusiya hökumətinə rəhbərlik edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here