Coğrafiyası
 
Kataloniyanın Aralıq dənizi boyunca 580 km sahili var. 2006-cı ildə aparılan hesablamalara görə Kataloniyada 7 135 000 nəfər yaşayır.
İspaniyadan başqa Kataloniya şimalında Fransa və Andorra ilə, cənub-qərbdə Valensiya ilə həmsərhəddir. İnzibati mərkəzi: Barselona şəhəridir.
İqtisadiyyat
 
Kataloniya iqtisadi nöqteyi-nəzərdən İspaniyanın ən inkişaf etmiş bölgəsi sayılır və İspaniya ümumi daxili məhsulunun 23%-ni verir. Kataloniyanın ümumi daxili məhsulunun həcmi Finlandiya və Danimarkanın ümumi daxili məhsulunun həcmi qədərdir. Adambaşına düşən ümumi daxili məhsul isə Almaniyadakı səviyyədədir. İspaniyanın kimya, maşınqayırma və tikiş sənayesinin böyük hissəsi Kataloniyada yerləşir.
Problemlər
 
Ən sadə tikiş fabrikindən tutmuş, avtomobil zavodlarına qədər hər bir şey Kataloniyada var. Kataloniyada qazanılan pul sakinlərin gözü qarşısında mərkəz Madridə gedir. Kataloniya qazanılmış bir dollardan yerli büdcəsinə yalnız 40 sent əlave edir. Qazanılan pulun 60% vergilərə və mərkəzə xərclənir. İspaniya qanunlarına görə hər bir əyalət əhalinin faizinə görə investisiya alır. Lakin, nədənsə bu Kataloniyaya şamil edilmir: İspaniya əhalisinin 18%i burada yaşayır, ölkənin milli gəlirinin 25%i Kataloniyanın payına düşsə də, Kataloniya cəmi 11% investisiya alır. Belə bir şəraitdə katalonların əksəriyyəti çıxış yolunu azadlıqda görür.
Kataloniyanın azad dövlətə çevrilməsi digər əyalətlər üçün azadlıq mübarizəsində böyük təkan ola bilər. Elə İspaniyada yaşayan basklar da azad olmağa can atacaq, şotlandlar Böyük Britaniyanın tərkibindən çıxmaq istəyəcəklər. Bu üzdən Avropa orda azadlıq istəyənlərə qarşı yaşanan polis zorakılığına göz yumur.
 
Tarix
 
299 il bundan əvvəl, 11 sentyabr 1714-cü ildə ispan ağalığı uğrunda mübarizə başa çatdı. Bu həm də müstəqil Kataloniyanın tarixinin başa çatması demək idi. Yeni şah- V Filipp Kataloniya, Araqon və Valensiyanı müstəqil dövlət kimi ləğv etdi və hal-hazırda İspaniya kimi tanınan dövlətin əsasını qoydu. Yerli əhalinin narazılığının qarşısını almaq, daxili çəkişmələr yaratmaması üçün Filipp bəzi repressiv hərəkətlərə əl atmalı oldu. Məsələn, Barsenolada bir kəndin əhalisini öz evlərini öz əlləri ilə söküb həmin daşlardan hərbi qalalar tikməsini tapşırmışdı.
 
Katalon dilinin qadağası, kütləvi həbslər, yüzlərlə dar ağacından asılmış insan- bunların repressiyanın ümumi səhnəsi idi. Xüsusi detallar isə bu cür idi: Kataloniyada hər ailədə yalnız bir bıçaq saxlanıla bilərdi. Həmin o bıçaq da mütləq zəncir ilə stola bağlanmalı idi. Şah bunu yoxlamaq üçün xüsusi drujina yaratmışdı. XX əsrdə Kataloniya general Franko vətəndaş müharibəsinin qarşısını alaraq Kataloniyanın intibah dövrünü keçirməsinə şərait yaratdı.

Orxan Vəliyev

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here