Şimali İraq Kürd Muxtariyyətinin mərkəzi şəhəri Ərbilə daha üç ölkə hava reyslərini dayandırır.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, keçirilən qalmaqallı “referendum” adı çəkilən şəhərə İraqın digər bölgələrindən, həmçinin İrandan uçuşlar dayandırılıb.

Rəsmi Bağdad bununla bağlı bəyanat verərək əvvəlcə region ölkələri qarşısında tələb səsləndirib.

Bu arada Misir və Livan da Ərbilə aviareysləri sabahdan dayandıracaqlarını bəyan ediblər. Qətər isə eyni addımı sentyabrın 29-dan oktyabrın 1-dək tətbiq edəcək.
Türkiyənin “Pegasus” şirkəti də “Bərzani bölgəsi”nə uçuşları dayandırdığını bildirsə də, “Türkiyə Hava Yolları” sanksiyalara başlamayıb. İran isə İraqın şimalı ilə quru sərhədlərini də bağlayıb.

Bu arada İranın xarici işlər naziri Cavad Zərif İraqın kürd muxtariyyətində keçirilən referenduma münasibət bildirib: “İran daim kürdlərin dostu olaraq qalacaq. Lakin referendumun keçirilməsi çox böyük strateji səhvdir” – deyə, Zərif qeyd edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here