1990-cı il Dağlıq Qarabağ döyüşünün “Ağdam Cəbhəsi”ndə Azərbaycan milis təşkilatı lideri “Qatır Məmməd” ləqəbli Yaqub Rzayev, ermənilər və Rus tank birliyi tərəfindən mühasirəyə düşür. Tanınmış jurnalist, hərbi müxbir Ardan Zentürk xatirələrində yazır:

Sonradan şəhid olan Yaqub ilə göz gözə gəldik. Aydın idi ki, mühasirədə çıxış yox idi! Birdən, düşmən ordusunun aralarından iki tank qopdu, üzərimizə doğru sürətlə sürməyə başladı.Qurtuluşumuz yox idi. Eyni anda kəlmeyi-şəhadət gətirdiyimizi xatırlayıram.Lakin iki tank tam olduğumuz yerə gəldiklərində birdən lülələrini qarşı tərəfə çevirib erməni-rus bölmələrini atəşə başlayınca çaşdıq qaldıq.

İlk heçnə anlamadıq. Tanklar qaşı tərəfə atəş aça aça biz tərəfə yaxınlaşdı. Daha sonra tankdan enib yanımıza gələn Qaqauz leytenantın bu sözləri mənim gözümdə “xüsusi tarix” dir:
“Bu Ruslara bax! Pulu alıblar, bizə Türk qardaşlarımıza atəş əmri verdilər. Biz də üsyan edib bura gəldik. İndi vəziyyətlər bərabərdir,narahat olmayın. Bir yerdə döyüşəciyik”

Qaqauzlar Ortodoks Xristiandır. Eynilə Ermənilər və Ruslar kimi. Azərbaycan Türkləri isə Müsəlmandır. Xristian Qaqauz, din qardaşını tapdalayıb qan qardaşının yanında dayanır.

 

 

1989-1994-cü illərdə Dağlıq Qarabağda müxbir olan Türkiyəli jurnalist Ardan Zentürkün savaş xatirələrindən

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here