“Roma” “Qarabağ”la keçirəcəyi qarşılaşmaya özünü “Real Madrid”lə görüşəcəkmiş kimi hazırlamalıdır. Əks halda, BATE aqibəti yaşana bilər və bu da utancverici olar”.

Turantv Report-a istinadla xəbər verir ki, bunu məşhur italiyalı məşqçi Arriqo Sakki Çempionlar Liqasının II tur matçından əvvəl “La Gazzetta dello Sport”dakı məqaləsində yazıb. Təcrübəli mütəxəssisin fikrincə, “Qarabağ” “Roma” kimi komanda ilə qarşılaşacağı üçün narahatlıq keçirməməli, əksinə, İtaliya təmsilçisi matça daha ciddi yanaşmalıdır.

“Roma”nın hamı üçün “canavarlar” kimi qəbul olunduğunu deyən Sakki “sarı-qırmızılar”ın layiqli qələbə üçün əlindən gələni edəcəyinə əminliyini dilə gətirib.

Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlanacaq. “Roma” Çempionlar Liqasında 2015-2016 mövsümündə Belarus BATE-sinə səfərdə 2:3 hesabı ilə uduzub, evdə isə qolsuz bərabərliklə kifayətlənib. Arriqo Sakki isə əvvəllər İtaliya milli komandasının, eləcə də, bir çox tanınmış yerli klubun və İspaniya “Atletiko”sunun baş məşqçisi olub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here