İllərdir “anti milliyyətçi” solçu və liberalların bizə sırımaq istədiyi bir fikir var idi ki, “milliyyətçilik keçən əsrin ideologiyasıdır, müasir dünya insanı bu ideologiyadan uzaqdır” Amma bu il Amerikada Trumpun qalibiyyəti və dünən Almaniyadaki seçkinin nəticələri onların yalanlarını alt üst etdi. Belə ki, seçki nəticəsində hakimiyyət koalisiyyasında yer alan Sosial Demokrat Partiyası artıq müxalifətə keçdi, seçkidə ən böyük uğuru “Merkeli ovlayacaq, ölkəmizi və xalqımızı geri alacağıq” kimi qatı şuarları olan Neo Nasionalist ADF (Almaniya üçün Alternativ) qazandı

Partiya 709 nəfərlik parlamentdə 94 mandat əldə edib

2013-cü illə müqayisədə səs sayını 3 dəfə çoxaldan partiya Almaniyanın ən böyük 3-cü partiyasına çevrilib. ADF («Almaniya üçün Alternativ» partiyası) bildiyimiz klassik sağ partiya deyil, Reyxin davamçısı sayılan, etnik milliyyətçiliyi müdafiə edən və qaçqın siyasətinə sərt qarşı çıxan qatı nasionalist partiyadır.
 
” Almanlar Hitlerə nifrət edir, onlar öz tarixlıərindən utanır” kimi fikirlərin də sadəcə boş boğazlıq olduğunu almanlar bu seçki ilə sübut etdilər”
 
Almaniyada milliyyətşçiliyin bu dərəcədə inkişafı isə səbəbsiz deyil. Beləki Merkelin qaçqın siyasəti nəticəsində ölkə 1 milyon Suriya qaçqını qəbul edib, Azərbaycana gələn 100 000 min ərəb turistin cəmiyyətimizdə hansı narahatçılıqlar yaratdığını xatırlasaq, almanları başa düşə bilərik. Almaniyada son dövr gəlmələrin etdikləri özbaşınalıqlar isə sadə almanlarda ADF-ə simpatiyanı artırıb
 

Artıq uzun müddətdir ki, dünyada milliyyətçi təçkilatları araşdıran biri kimi deyə bilərəm ki, gələcək dövrdə Avropada qatı milliyyətçi partiyalar irəli çıxacaq və bir birini dəstəkləyəcək, seçkinin nəticələrinin açıqlandığı gün Fransanın qatı sağçısı Le Pen partiyasının:

“Tarixi nəticəyə görə müttəfiqimiz ADF-i təbrik edirik. Bu Avropa xalqlarının oyanışının simvoludur”

şəkilində təbrikindəndə bunu anlaya bilərik. Azərbaycan və degər Türk dövlətlərində isə Milliyyətçi fikirlər çox təəssüf ki, Avropada olduğu kimi bilinçli inkişaf etdirilməyib amma bu nəticələr milliyyətçiliyin yeni doğmaqda olan Azırbaycan kimi ölkələr üçün yaxşı nümunə olacaq. Bütün dünyada milliyyətçiliyin inkişafı ölkəmizdə də, insanların gerçəyi görməyinə kömək edəcəkdir

Müəllif: araşdırmaçı Nuru Nuruzadə

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here