Reklam yolu ilə pul qazanmaq

internetden pul qazanmaq

İnternetdən necə pul qazanırlar mövzusu ilə maraqlanırsınızsa ilk öncə bilməlisiniz ki, ilk dəfə internetdən pul qazanmaq üsulu reklam yolu ilə baş vermişdir və bu üsul hələ də aktualdır. Reklam ilə internetdən pul qazanmaq üçün ilk öncə sayt yaratmaq və googleun reklam xidmətlərindən faydalanmaq lazımdır. Bunun üçün saytınızı adsense hesabınızla birləşdirməyiniz kifayətdir. Adsense nədir deyənlər və bu haqqda məlumatı olmayanlar Adsense haqqında adlı məqaləmizi oxuya bilərlər.

Facebookdan pul qazanmaq

internetden pul qazanmaq

Facebook səhifənizi bəyənənlərin sayı ən azı 10 mini keçibsə artıq bu səhifədən pul qazanmağın vaxtıdır deməli. Təbii ki facebook google kimi hər hansı reklam xidməti göstərmir. Amma siz səhifənizdə öz məhsulunu reklam etmək istəyən insanlardan müəyyən məbləğ pul qarşılığında reklam edə bilərsiniz. Azərbaycanda bu üsulla pul qazanan insanlar çoxdur.

Bloq yaradaraq internetdən pul qazanmaq

internetden pul qazanmaq

İnternetdən pul qazanmaq üçün ən çox istifadə edilən üsullardan biri bloq yazmaqdır. Özünüzə məxsus bloqunuzla da reklam vasitəsilə pul qazana bilər ya da başqa bir adama aid bir bloqu aktual tutub, yazılarınızı paylaşaraq əlavə gəlir əldə edə bilərsiniz. Bloq yaratmaq üçün wordpressin və ya blogspotun xidmətlərindən istifadə edə bilərsiniz. Məsləhətdir ki bloqunuzu blogspot vasitəsilə yaradasınız. Çünki blogspot googleun özünə məxsus olduğu üçün yazdıqlarınızı axtarış zamanı daha çox önə çıxarır.

Fayl upload edərək qazanmaq

 

İnternetdə pul qazandıran saytlar çoxdur. Lakin hamısı etibarlı və dəqiq deyil. Hotfilerapidshare kimi fayl paylaşma saytlarına upload etdiyiniz faylların endirilmə sayına görə hər 500 download, hər 1000 download kimi səviyyədə də pul qazana bilərsiniz. Premium hesabla sizin yüklədiyiniz faylı 1000 insan yükləsə hesabınıza 0.80 dollar gəlir gəlir.

Lalafo və tap.az kimi saytlardan qazanmaq

Tap.az sayəsində hər hansı bir məhsulu qısa zaman ərzində minlərlə insana çatdıra bilərsiniz. Bu cür saytların ticarət edən insanlar üçün ən böyük üstünlüyü onları müştəri axtarmaq dərdindən xilas etməsidir. Çünki bu saytlar vasitəsilə müştərilər özü sizi tapır. Əgər satmaq istədiyiniz məhsul varsa sizə məsləhətimiz bu saytlardan istifadə etməyinizdir.

Forex ilə pul qazanmaq

internetden pul qazanmaq

Forex dünya valyutalarını internetdən alaraq və ya sataraq istədiyiniz müddət ərzində saxlayaraq ticarət üsuludur.Valyuta məzənnələrinin ani zamanda dəyişikliklərini əks etdirən platformadır. Diqqət, səbr və yaxşı forex biliyi ilə ciddi uğurlar qazana bilərsiniz.

Youtubedan pul qazanmaq

internetden pul qazanmaq

Evdə necə pul qazanmaq olar sualının daha bir cavabı isə youtubedur. Youtubedan pul qazanan insanların sayı günü gündən artmaqdadır. Hətta iş o yerə gəlib çatlb ki youtube vasitəsilə ildə milyonlar qazanan insanlar var. Youtubedan pul qazanmaq üçün kanal açıb maraqlı videolar paylaşmağınız kifayətdir.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here