Rusiya nədir ? – Rusiya fövqəlbəşər dövlət deyil heç fövqəldövlət də deyil,o fövqəlregional dövlətdir.- deyirdi Bjezinski. Bu fikrin təsdiqi üçün gərəkli olan məsələ Rusiyanın bugünkü durumunun analizidir. Rusiya bugün bütün sahələrdə durğunluq dövrü yaşayan bir ölkədir. Hər bir imperiya yaxud imper dövlətlərin yeni versiyası olan fövqəldövlətlər parçalanmaması tənəzzül etməməsi üçün daim yeni siyasi hərbi iqtisadi aktlarda bulunmağa məhkumdurlar. Hitler deyirdi ki, bir imperiya öz torpaqları ilə kifayətlənərsə, o, tənəzzül edər. Bu gün həmin müharibələrin yeni imitasiya olunmuş versiyası iqtisadi işğallar, mədəni təsir və dolayı müharibələr (iraq müharibsi, terrorizmlə mübarizə vs ) saymaq olar. Bu kimi şeylər kütlə ruhunu ayıq tutur və kütlə ruhu nə qədər ayıqolarsa, dövlətin də ruhu bir o qədər ayıq olar. Amerika bu gün bunların hamsını etməkdədir. Məsələn, hər şeyi kənara atsaq belə, hər Hollywood filmi bir hücum aktıdır. Amerika bunu imitasiya edib gerçəkləşdirir. Terrorizmlə mübarizə də buna örnəkdir hansı ki Amerika on illərdir bu məsələləri edir. 2001-ci il  11 Sentyabr hadisəsi də mən deyərdim ki, kütlənin Amerikanın “terrorla” mübarizəsini vicdani və duyğusal olaraq dəstəkləməsi üçün çox gözəl manipulyativ impuls idi. Ancaq Rusiyanın belə bir davranışları demək olar ki yoxdur. Rusiyanın köhnəlmiş “rusçuluq” ideyası, heysiyyatı modern dövrdə keçərli deyil, çünki hər dövrün şərtləri ideyaların yenidən reform edilməsini tələb edir. Nəzərə də alaq ki, kütləni, təşkilatı, dövləti irəli aparan lokomotiv ideyadır. Və əgər kütlənin, yaxud dövlətin  birlikdəlik impulsu ideyadan deyil, qorxudan qaynaqlanarsa, bu birlikdəliyin dinamikliyi mövcud ola bilməz, çünki o, müdafiəçi kütlə olacaq. Rusiyanı ümumi götürsək, Qərbə (Amerika, Avropa) uduzduran əsas məsələlərdən biri də rus toplumunun xarakteristik xüsusiyyətləridir. Hələ 19-cu əsrdə Dostoyevski deyirdi: “biz slavyanlar nə şərqliyik , nə qərbliyik. Biz heç vaxt Qərblə uzlaşa bilmərik, onun mədəniyyəti, təfəkkür kodeksləri bizə yaddır. Bizim Şərq ruhumuz, sentimentallğımız mövcuddur”. Bəli, rusların təfəkkür mahiyyəti Qərbin, əsasəndə ingilis-amerikan təfəkkürünün emprik-praqmatik mahiyyətinə uymur. Qərbin hərəkatverici qüvvəsi məhz emprik-praqmatizm oldu. Qərb öz yaşam kodekslərində əsas piroritet məsələni faktiki şəraitə uyğun ən optimal, qazanclı yolu seçib hədəfə ulaşmaqdır. Hər şey sanki bir robot səviyyəsində sistemləşdirilmiş, modulları dəqiq təyin edilmiş rels üzərində irəliləyir. Bu Qərbin ruhudur və bu ruha daha da sığal çəkib yetişdirən Qərbin emprik-praqmatik filosoflarının işinin nəticəsidir. Ancaq rus dünyasının fəlsəfi-ədəbi təfəkkürünü araşdıranda görürük ki, sentimentalizm, duyğusal motivlər, moralizm(əxlaqi meyarların hökmranlığı), Şərqə xas olan spesifik emosionalizm mövcuddur. Bu təfəkkür kodeksləri necə ki, praqtik-texnoloji müstəvidə Şərqi Qərbə uduzdurur, eynən də Rusiyanı Qərbə(Amerika, Avropa) uduzdurur. Yəni problemin fundamentallığı təfəkkür modullarında, dünyanı dərketmə bucaqlarında gizlənir. Ona görə də Rusiya sadəcə nisbətən Qərbin bəzi meyarlarını əldə edərək, biraz da ərazisinin ona qazandırdığı əlavə gücə dayanaraq və Qafqaz, Şərq (İstisna: Çin, Yaponiya) regionunda fövqəldövlət statusuna sahib ola bilib. Rusiyanın fövqlbəşər olamamasındakı önəmli əngəllərdən biri də millətlər həbsxanası olması, o millətlərin mədəni, bioloji, ideoloji asimilasiya edə bilməməsidir. Əslində Amerika da monoetnik deyil,  amma onlar bunu anlayaraq etnikliyin özünü öldürüblər, superetnik olan “Amerikan” kimliyini brendləşdiriblər. Bəli, bu gün Amerika sanki bir “Qara Dəlik” kimidir. O, fərdləri udur, özünə çəkir, fərdlər özü ona doğru can atırlar və fərdləri maraqlandıran onların etnik kimlikləri deyil, amerikan olma təşəbbüsləridir. Bu da Amerikanın  Rusiya qarşısındakı şübhəsiz üstünlükləridir. Bir şey də şübhəsizdir ki, Rusiyanın “millətlər həbxanasındakı məhbuslar”  bir gün həbxana rəislərinə qarşı üsyan qaldıracaqlar və çox güman ki, bütün imperiyalarn dağılma sistematikası kimi, o da hissə-hissə dağılıma uğrayacaq və ilkin dağılm Sovetlərin (əslində Çar dövründə dağılım baş tutacaqdı, ancaq köhnəlmiş ideyann yeni ideya ilə alternativləşdirilməsi imperiyaya yeni ruh, can verdi və ömrünü uzatdı) dağılımı idi.

Mete Türksoy

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here